Bakı 3 ℃

USD 1.7
RUB 0.0221
EUR 1.9252
TRY 0.1267
Qızıl 3130.2355
Gümüş 41.555

14.01.2022

Vətəndaşlara qarşı dələduzluq edən saxta prokuror həbs olunub

Azərbaycanda vətəndaşlara qarşı dələduzluq edən saxta prokuror həbs olunub.

Bu barədə Gulustan.info-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, özünü Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəzifəli şəxsi kimi təqdim edərək aldatma yolu ilə vətəndaşlara məxsus pul vəsaitlərini ələ keçirən Abasov Tural Məharət oğlu barəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla Tural Abasovun ayrı-ayrı vətəndaşlara özünü qeyd edilən ixtisaslaşdırılmış prokurorluq orqanının əməkdaşı kimi təqdim etməklə guya məhkəmə sistemi, mərkəzi icra hakimiyyəti orqanları və digər bu kimi dövlət qurumlarının yuxarı vəzifəli şəxsləri ilə olan yaxın əlaqələrindən istifadə edərək onların məhkəmə hökmü ilə azadlıqdan məhrum edilən yaxınlarının azadlığa buraxılması, cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, habelə xəstəliyə və aztəminatlılığa görə müavinət təyin edilməsinə köməklik göstərilməsi adı altında həmin şəxslərə məxsus ümumilikdə 50 min 800 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, bu qanunsuz hərəkətləri ilə vətəndaşları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanan sübutlarla Tural Abasova Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4,312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Digər xəbərlər


Tağıyevin heykəlini zədələyənlər barədə məhkəmə qərar verib

Səbail rayon məhkəməsində Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinin zədələməkdə təqsirləndirilən 1991-ci il təvəllüdlü Vüqar...

Ərdoğan Rusiya-Ukrayna danışıqları üçün Moskvaya səfər edə bilər

Rusiya ilə Ukrayna arasında müharibə baş verməsi regionun sabitliyini poza bilər. Türkiyə olaraq biz bunu qəbul etmirik. Bu ba...

Hökumət ərzaq məhsulları ilə təminat sahəsində əsas prinsipləri açıqlayıb

Azərbaycan hökuməti əsas ərzaq məhsulları ilə təminat sahəsindəki prinsipləri açıqlayıb. Nazirlər Kabinetindən Gulustan.info-y...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 068 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb. N...

ABŞ-dan Rusiyaya daha bir xəbərdarlıq

“ABŞ və avropalı tərəfdaşları Ukraynada vəziyyətin dinc yolla nizamlanmasında maraqlıdırlar”. Bunu ABŞ-ın Dövlət katibi Entoni...

Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənova hökm oxu...

Azərbaycanda ehtiyatda olan hərbçilərin təlim toplanışı başlayıb

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, «N» hərbi hissəsində hərbi vəzifəlilərin təlim...

Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb

Yanvarın 18-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda müvafiq qurumlara “Antiinflyasiya tədb...