Bakı 2 ℃

USD 1.7
RUB 0.0221
EUR 1.9252
TRY 0.1267
Qızıl 3130.2355
Gümüş 41.555

15.01.2022

Vilayət Eyvazov Daxili Qoşunlarda müşavirə keçirib

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların Baş İdarəsində 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

DİN Mətbuat xidmətindən Gulustan.info-ya verilən məlumata görə, Vilayət Eyvazov müşavirəni giriş sözü ilə açaraq çıxıb edib: «Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf və tərəqqi strategiyası nəticəsində ölkəmizin iqtisadi qüdrəti, müdafiə potensialı, beynəlxalq mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Dövlət başçısı ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatının, hərbi qulluqçuların iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərib.

DİN-in və onun təşkilati strukturu olan Daxili Qoşunların ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizənin səmərəli təşkilində, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan və vətəndaş hüquq və azadlıqlarının təminində rolunu və xidmətlərini Prezident hər zaman yüksək qiymətləndirib».

Sonra daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti döyüş fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib.

Müşavirəyə yekun vuran nazir V.Eyvazov ötən hesabat ilində Qoşunların fəaliyyətini yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli yollarını göstərib, konkret tapşırıq və tövsiyələrini verib.


Digər xəbərlər


Tağıyevin heykəlini zədələyənlər barədə məhkəmə qərar verib

Səbail rayon məhkəməsində Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinin zədələməkdə təqsirləndirilən 1991-ci il təvəllüdlü Vüqar...

Ərdoğan Rusiya-Ukrayna danışıqları üçün Moskvaya səfər edə bilər

Rusiya ilə Ukrayna arasında müharibə baş verməsi regionun sabitliyini poza bilər. Türkiyə olaraq biz bunu qəbul etmirik. Bu ba...

Hökumət ərzaq məhsulları ilə təminat sahəsində əsas prinsipləri açıqlayıb

Azərbaycan hökuməti əsas ərzaq məhsulları ilə təminat sahəsindəki prinsipləri açıqlayıb. Nazirlər Kabinetindən Gulustan.info-y...

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 068 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb. N...

ABŞ-dan Rusiyaya daha bir xəbərdarlıq

“ABŞ və avropalı tərəfdaşları Ukraynada vəziyyətin dinc yolla nizamlanmasında maraqlıdırlar”. Bunu ABŞ-ın Dövlət katibi Entoni...

Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənova hökm oxu...

Azərbaycanda ehtiyatda olan hərbçilərin təlim toplanışı başlayıb

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, «N» hərbi hissəsində hərbi vəzifəlilərin təlim...

Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başlayıb

Yanvarın 18-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda müvafiq qurumlara “Antiinflyasiya tədb...