Bakı 19 ℃

USD 1.7
RUB 0.0292
EUR 1.8128
TRY 0.1065
Qızıl 3154.673
Gümüş 36.9838

18.01.2022

Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti açıqlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb (18.01.22, saat 10:00).

AAYDA-dan Gulustan.info-ya verilən məlumata görə, “ZƏFƏR” yolunda yağıntı yoxdur, 17-19 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Toğanalı-Kəlbəcər-İstisu: yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 15-17 dərəcə, Murovdağ yüksəkliyində 22-28 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmişdir və hazırda bununla bağlı​ müvafiq tədbirlər görülüb. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı — Quba — Rusiya Federasiyası ilə dövlət sərhədi: yağıntı yoxdur, Xınalıq ərazisində 10 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb.

Giləzi – Xızı: hazırda yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı – Qobustan: yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Qobustan — Şamaxı – Muğanlı: yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 5-6 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Muğanlı — Ağsu – Yevlax: yağıntı yoxdur, Muğanlı ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Muğanlı – İsmayıllı: yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

İsmayıllı — Qəbələ — Oğuz- Şəki: yağıntı yoxdur, 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.

Şəki — Qax – Zaqatala: yağıntı yoxdur, Şəki və Qax rayonları ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax — Şəki (Göybulaq): yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəmkir — Gədəbəy: yağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 12-14, Şəmkir rayonu ərazisində 10-12 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə — Daşkəsən – Xoşbulaq: yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 17 ​ dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Ələt – Astara: marşrut boyu yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı – Yardımlı: yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 8-9 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.

Lənkəran – Lerik: Lənkəran rayonu ərazisində yağıntı yoxdur, şaxta yoxdur. Lerik rayonu ərazisində 7-8 dərəcə şaxta var. Yolda nəqliyyatvasitələrinin hərəkəti təmin olunub.

Bakı- Ələt — Hacıqabul — Ucar — Yevlax — Gəncə — Qazax- Gürcüstan Respublikası ilə dövlət sərhədi: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.


Digər xəbərlər


AQTA sahibkarlara xəbərdarlıq edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarının verilm...

İraqda dörd türkiyəli hərbçi həlak olub

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi «Pəncə Kilid» antiterror əməliyatı bölgəsində dörd türk ...

Mariupolda çoxmərtəbəli binanın dağıntıları altından 200-ə yaxın meyit tapılıb

Mariupolda çoxmərtəbəli binanın dağıntılarının altından 200-ə yaxın çürümüş cəsəd aşkar edilib. Bu barədə Mariupol merinin müş...

Füzuli-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkiş...

Azərbaycandan Həcc ziyarəti üçün qiymət müəyyənləşib

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Bu barədə Gulustan.info-ya Qafqaz Müsəlmanları İdarəsinin Xar...

Azərbaycanda 9 il əvvəl baş vermiş qətlin üstü açılıb

Prokurorluq və polis əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalmı...

Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə edilir - SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb...

Şamaxı türk dünyasının turizm paytaxtı seçilib

Şamaxı şəhəri 2022-ci il üçün türk dünyasının turizm paytaxtı seçilib. Gulustan.info-nun məlumatına görə, bu qərar Türk Dövlət...