Bakı 19 ℃

USD 1.7
RUB 0.0292
EUR 1.8128
TRY 0.1065
Qızıl 3154.673
Gümüş 36.9838

18.01.2022

Nazarbayev: “Hücumların məqsədi Qazaxıstanın bütövlüyünü məhv etmək idi”

“Qazaxıstana qarşı təşkil edilən bu iğtişaşların və hücumların məqsədi ölkənin bütövlüyünü və dövlətin əsaslarını məhv etmək idi”.

Bunu Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev xalqa videomüraciətində deyib.

“Əziz qazaxıstanlılar!

Əziz həmvətənlər!

Yanvar hadisələri bütün Qazaxıstanı sarsıtdı. Qazaxıstana qarşı təşkil edilən bu iğtişaşların və hücumların məqsədi ölkənin bütövlüyünü və dövlətin əsaslarını məhv etmək idi.

Bu hadisələr bir daha onu göstərir ki, müstəqilliyi gözbəbəyi kimi, xüsusilə diqqətli rəftar tələb edir.

Baş verən faciə hamımız üçün dərs oldu. Bütün bu qırğınları və qətlləri kimin təşkil etdiyini öyrənmək vacibdir. İstintaq bu suala cavab verəcək.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

2019-cu ildə mən prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil verdim, o vaxtdan təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm. Prezident Kasım-Jomart Tokayev tam səlahiyyətə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə Prezident Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır

Hamı bilir ki, mən 30 il Vətənimiz naminə yorulmadan çalışmışam. Biz onun sərhədlərini möhkəmləndirmişik. Biz mütərəqqi islahatlar apardıq.

Biz birlikdə müstəqil Qazaxıstanı qurduq, sosial və iqtisadi inkişafda böyük nəticələr əldə etdik, təkcə Mərkəzi Asiyada deyil, MDB məkanında da bir çox göstəricilərə görə lider olduq.

Qazaxıstan dünya birliyində tanınan və nüfuzlu dövlətə çevrilib. Bu, bütün qazaxıstanlıların həmrəyliyinin və birliyinin nəticəsidir. Ölkədə sabitlik, əmin-amanlıq həmişə mənim məqsədim olub. Biz hamımız bu əbədi dəyərləri yaşatmalıyıq. Biz böhrandan mütləq çıxacağıq və daha da güclənəcəyik.

Prezident xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş yeni islahat proqramı irəli sürüb. Bu proqramı dəstəkləmək lazımdır.

Sizə, əziz həmvətənlər, cansağlığı və firavanlıq arzulayıram!

Dövlət başçısı vəzifəsində olduğum müddətdə həyata keçirdiyim islahatlar və modernləşmə kursumu dəstəklədiyiniz üçün sizə təşəkkür edirəm”, — Elbası videomüraciətində bildirib.


Digər xəbərlər


İlham Əliyev İTV-yə maliyyə yardımı ayırıb

Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstəriləcək. Prezident İlham Əliyev b...

Çavuşoğlu 15 ildən sonra İsrailə səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Fələstinə və İsrailə səfər edəcək. TRT xəbər verir ki, Çavuşoğlu Türkiy...

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlament nümayəndələrinin üçtərəfli görüşü keçirilib

Mayın 22-də Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçir...

Ərdoğan: “Türkiyə NATO müttəfiqlərindən dəstək almayıb”

“Türkiyə nə müdafiə ehtiyaclarını ödəmək, nə də 40 illik terrorla mübarizə sahəsində müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilib...

Yaxın vaxtlarda Azərbaycan BMT-yə hesabat təqdim edəcək

“Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə çox böyük önəm verir”. Bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandak...

İlham Əliyev Roma Papası Fransiskə məktub göndərib

Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib. Məktubda deyilir: «Zati-müqəddəsləri, Azərbaycan Re...

Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub

Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Erm...

İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 22-də Belçi...