Bakı 19 ℃

USD 1.7
RUB 0.0292
EUR 1.8128
TRY 0.1065
Qızıl 3154.673
Gümüş 36.9838

20.01.2022

Ağsu aşırımı və Muğanlı-İsmayıllı yolunda qar avtomobillərin hərəkətini çətinləşdirib

Ağsu aşırımı və Muğanlı-İsmayıllı yolunda yağan qar avtomobillərin hərəkətini çətinləşdirib.

Bu barədə Gulustan.info-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hazırda Bakı-Şamaxı-Yevlax yolunun 65-ci km-dən başlayaraq Ağsu aşırımı və Muğanlı-İsmayıllı yolunda qar yağır, yolların hərəkət hissəsində qar və bəzi yerlərdə buzlaşma var, yağan güclü qar avtomobillərin hərəkətini çətinləşdirib.

Ərazidə xidmət aparan BDYPİ-nin YPX Alayının əməkdaşları Yol İstismar İdarəsinin işçiləri ilə birlikdə yolların qardan təmizlənməsi və avtomobillərin təhlükəsiz hərəkətinin bərpa olunması üçün müvafiq tədbirlər görür, eyni zamanda DYP əməkdaşları yolda qalan sürücülərə lazımi köməklik göstərirlər.

«Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan istiqamətlərdə hər iki oxu aparıcı olan, qış şinləri ilə təchiz olunmuş nəqliyyat vasitələrindən istifadə edilməsini, həmçinin qarlı hava şəraitində və buzlu yollarda avtomobili idarə etmək bacarığı olmayanların göstərilən ərazilərdə yola çıxmamasını xahiş edir», — məlumatda bildirilib.


Digər xəbərlər


Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı məlum olub

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı məlum olub....

AQTA sahibkarlara xəbərdarlıq edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarının verilm...

İraqda dörd türkiyəli hərbçi həlak olub

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi «Pəncə Kilid» antiterror əməliyatı bölgəsində dörd türk ...

Mariupolda çoxmərtəbəli binanın dağıntıları altından 200-ə yaxın meyit tapılıb

Mariupolda çoxmərtəbəli binanın dağıntılarının altından 200-ə yaxın çürümüş cəsəd aşkar edilib. Bu barədə Mariupol merinin müş...

Füzuli-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkiş...

Azərbaycandan Həcc ziyarəti üçün qiymət müəyyənləşib

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Bu barədə Gulustan.info-ya Qafqaz Müsəlmanları İdarəsinin Xar...

Azərbaycanda 9 il əvvəl baş vermiş qətlin üstü açılıb

Prokurorluq və polis əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalmı...

Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə edilir - SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb...