«Tərtər işi»ndən heç kim siyasi məqsəd güdə bilməz — Kamran Əliyev
«Tərtər işi» ilə bağlı istintaq qrupu yaradılıb və intensiv istintaq hərəkətləri aparılır. Heç kim bu işdən siyasi məqsədlər üçün istifadə edə bilməz və bu, yolverilməzdir, qanunla qəti qadağandır.
Bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
«Tərtər hadisələri olub, onun istintaqı təzələnib və qanunla nəzərdə tutulmuş bütün imkanlardan istifadə edərək həqiqətin tam üzə çıxarılması, bərpa olunması və təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində işlər aparılır.
Peşəkarlar bilirlər ki, istintaq belə qısda müddət ərzində və tələskənliklə aparıla bilməz. Bütün hallar, bütün faktlar çox diqqətlə yoxlanılmalıdır, digər sübutlarla müqayisə edilməlidir. Təəssüflər olsun ki, bəzi şəxslər bu mövzudan istifadə etməyə cəhd edir, istintaqın gedişinə təsir etməyə çalışırlar. Bu da yolverilməzdir və mümkün də deyil. İstintaqın gedişatı barədə Azərbaycan ictimaiyyəti məlumatlandırılacaq», — Baş prokuror deyib.
Digər xəbərlər

Mehriban Əliyeva Zəngilan səfərindən növbəti paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə birgə Z...

Ciddə-Bakı aviareysi gecikir
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya həyata keçirilməsi olan reysi (J2-1092) t...

Teymur Musayev Ermənistanın əsassız iddialarına cavab verib
Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən ümumi debatlar zamanı çıxış edən Azərbaycanın səhiyyə na...

Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayon...

Bakıda sexdə yanğının söndürülməsinə 2 helikopter cəlb olunub
Bakıda sexdə yanğının söndürülməsinə 2 helikopter cəlb edilib. Bu barədə Gulustan.info-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) ...

Çavuşoğlu: “İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirsə, gözlənilən addımları atmalıdır”
“İsveç və Finlandiya gözləntilərimizi təmin etmək üçün iradə nümayiş etdirərsə, hər iki ölkənin NATO-ya üzvlüyü istiqamətində add...

5 min nəfərə "Müharibə veteranı" adı verilməsi barədə qərar qəbul olunacaq - MN
Müdafiə Nazirliyinin (MN) tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarını...

Selçuk Bayraktar: “Ürəyimizdə bir zaman yara olan Qarabağ qardaşlığımızın zirvəsidir”
“Bir millət, iki dövlət” olaraq Azərbaycan-Türkiyə qardaşlığı hər zaman sınaqdan çıxıb, hər dəfə əlaqələrimiz daha da möhkəmlənib...