Azad edilmiş ərazilərə avtobus səfərləri üçün yaradılan portal işə düşüb
Azərbaycanın işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərlərlə bağlı yaradılan yolumuzqarabaga.az portalı bu gündən işə düşüb.
Gulustan.info xəbər verir ki, yolumuzqarabaga.az saytını Dövlət Turizm Agentliyi yaradıb.
18 yaşı tamam olmuş istənilən Azərbaycan vətəndaşı «Yolumuz Qarabağa» portalında qeydiyyatdan keçərək, təyin olunmuş istiqamətlər üzrə bilet ala bilər.
Qeyd edək ki, yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşrutları təşkil olunacaq. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq. İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olacaq. Vətəndaşlar portala daxil olduqdan sonra «ASAN login» vasitəsilə bilet ala biləcəklər.
Digər xəbərlər

Sabah Azərbaycanın üç rayonunda qaz kəsiləcək
Sabah Gədəbəy, Şəmkir və Yevlax rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq. Bu barədə Gulustan.info-ya Azərbaycan ...

Azərbaycanda zob xəstəliyinin daha çox qeydə alındığı bölgələr açıqlanıb
Azərbaycanda zob xəstəliyinin ən çox hansı bölgələrdə qeydə alındığı açıqlanıb. Gulustan.info xəbər verir ki, bu barədə Səhiyy...

Selçuk Bayraktar Bakıda ilk dəfə döyüş təyyarəsi sürdü - Video
Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıda həyatında ilk dəfə olaraq döyüş təyyarəsi idarə e...

Bakı metrosu iş rejimini dəyişəcək - SƏBƏB
“Bakı Metropoliteni” QSC mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə əlaqəda...

Daha bir ölkədə meymunçiçəyi aşkarlanıb
Finlandiyada meymunçiçəyi infeksiyasına ilk yoluxma faktı qeydə alınıb. Gulustan.info-nun məlumatına görə, bu barədə Helsinki ...

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşünün vaxtı və yeri açıqlanıb
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada keçiriləcək. Bunu Rusiya ...

Sarsılmaz qardaşlığımızın regionumuzda sülhün ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram - Rəcəb Tayyib Ərdoğan
«Bir millət, iki dövlət» şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olara...

İraqda həbsdə saxlanılan Azərbaycan vətəndaşı olan uşaqlar vətənə gətirildilər
İraq Respublikasının cəzaçəkmə müəssisəsində saxlanılan və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilmiş ik...