Bakı 20 ℃

USD 1.7
RUB 0.0307
EUR 1.8199
TRY 0.1052
Qızıl 3167.202
Gümüş 37.5012

21.01.2022

Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Xatırladaq ki, Prokuror E.Həsənovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, aparılan istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Buna görə, E.Həsənova Azərbaycan Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

E.Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.


Digər xəbərlər


Azərbaycan hərbi pilotları beynəlxalq təlimdə tapşırıqları icra edib

Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində qarşıya qoyulan tapşırıqlar ...

Yaşayış binasında partlayış - Ölən var

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzildə yanğınla nəticələnən p...

Sabah Azərbaycanın üç rayonunda qaz kəsiləcək

Sabah Gədəbəy, Şəmkir və Yevlax rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq. Bu barədə Gulustan.info-ya Azərbaycan ...

Azərbaycanda zob xəstəliyinin daha çox qeydə alındığı bölgələr açıqlanıb

Azərbaycanda zob xəstəliyinin ən çox hansı bölgələrdə qeydə alındığı açıqlanıb. Gulustan.info xəbər verir ki, bu barədə Səhiyy...

Selçuk Bayraktar Bakıda ilk dəfə döyüş təyyarəsi sürdü - Video

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıda həyatında ilk dəfə olaraq döyüş təyyarəsi idarə e...

Bakı metrosu iş rejimini dəyişəcək - SƏBƏB

“Bakı Metropoliteni” QSC mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə əlaqəda...

Daha bir ölkədə meymunçiçəyi aşkarlanıb

Finlandiyada meymunçiçəyi infeksiyasına ilk yoluxma faktı qeydə alınıb. Gulustan.info-nun məlumatına görə, bu barədə Helsinki ...

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşünün vaxtı və yeri açıqlanıb

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada keçiriləcək. Bunu Rusiya ...