Bakı 17 ℃

USD 1.7
RUB 0.0307
EUR 1.8199
TRY 0.1052
Qızıl 3167.202
Gümüş 37.5012

21.01.2022

Hökumət ərzaq məhsulları ilə təminat sahəsində əsas prinsipləri açıqlayıb

Azərbaycan hökuməti əsas ərzaq məhsulları ilə təminat sahəsindəki prinsipləri açıqlayıb.

Nazirlər Kabinetindən Gulustan.info-ya bildirilib ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir.

Qeyd olunub ki, yanvarın 18-də Nazirlər Kabinetində keçirilmiş Hökumətin iclasında Baş nazir Əli Əsədovun yekun nitqində səsləndirilib, əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində verilmiş tapşırıqların əsasını 6 baza prinsip təşkil edir.

Bu prinsiplər əsas ərzaq məhsulları ilə təminatın strategiyasının təməl prinsipləridir.

— Baza prinsip odur ki, ərzaq təhlükəsizliyində, əsas məhsullar üzrə ağırlıq mərkəzi əsasən yerli istehsalın üzərinə keçirilir. Məhsulun maya dəyərini aşağı salmaq, keyfiyyətini yüksəltmək və həcmini artırmaq;

— Bu baza prinsipdən çıxan ikinci baza prinsip odur ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir;

— Üçüncü prinsip əsas ərzaq məhsullarının qiymətinin liberallaşdırılmasıdır. Bu, sahibkar üçün çox mühüm stimuldur;

— İki qırmızı xətt müəyyənləşdirilib: birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır;

— Haqsız rəqabətə qarşı mübarizə gücləndiriləcək;

— Subsidiyaların nəticəyə görə verilməsi prinsipi. Bu prinsip subsidiyalaşma sahəsində şəffaflığı artırmaq və daha çox məhsul istehsalını stimullaşdırmaq məqsədi daşıyır.


Digər xəbərlər


Sabah Azərbaycanın üç rayonunda qaz kəsiləcək

Sabah Gədəbəy, Şəmkir və Yevlax rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq. Bu barədə Gulustan.info-ya Azərbaycan ...

Azərbaycanda zob xəstəliyinin daha çox qeydə alındığı bölgələr açıqlanıb

Azərbaycanda zob xəstəliyinin ən çox hansı bölgələrdə qeydə alındığı açıqlanıb. Gulustan.info xəbər verir ki, bu barədə Səhiyy...

Selçuk Bayraktar Bakıda ilk dəfə döyüş təyyarəsi sürdü - Video

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıda həyatında ilk dəfə olaraq döyüş təyyarəsi idarə e...

Bakı metrosu iş rejimini dəyişəcək - SƏBƏB

“Bakı Metropoliteni” QSC mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə əlaqəda...

Daha bir ölkədə meymunçiçəyi aşkarlanıb

Finlandiyada meymunçiçəyi infeksiyasına ilk yoluxma faktı qeydə alınıb. Gulustan.info-nun məlumatına görə, bu barədə Helsinki ...

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşünün vaxtı və yeri açıqlanıb

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada keçiriləcək. Bunu Rusiya ...

Sarsılmaz qardaşlığımızın regionumuzda sülhün ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram - Rəcəb Tayyib Ərdoğan

«Bir millət, iki dövlət» şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olara...

İraqda həbsdə saxlanılan Azərbaycan vətəndaşı olan uşaqlar vətənə gətirildilər

İraq Respublikasının cəzaçəkmə müəssisəsində saxlanılan və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilmiş ik...