Müdafiə nazirinin müavini Kəlbəcərə gedib, yeni hərbi obyektlərin açılışında iştirak edib
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam edir.
Bu barədə Gulustan.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub.
Bildirilib ki, hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə yataqxana, yeməkxana, ərzaq anbarı, silah otağı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.
General-leytenant N.Osmanov dövlət sərhədində sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan şəxsi heyətin maddi-texniki təminatı ilə maraqlanıb, onlara xidmətlərində uğurlar arzulayıb.
Digər xəbərlər

Mariupolda çoxmərtəbəli binanın dağıntıları altından 200-ə yaxın meyit tapılıb
Mariupolda çoxmərtəbəli binanın dağıntılarının altından 200-ə yaxın çürümüş cəsəd aşkar edilib. Bu barədə Mariupol merinin müş...

Füzuli-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkiş...

Azərbaycandan Həcc ziyarəti üçün qiymət müəyyənləşib
Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Bu barədə Gulustan.info-ya Qafqaz Müsəlmanları İdarəsinin Xar...

Azərbaycanda 9 il əvvəl baş vermiş qətlin üstü açılıb
Prokurorluq və polis əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalmı...

Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə edilir - SİYAHI
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb...

Şamaxı türk dünyasının turizm paytaxtı seçilib
Şamaxı şəhəri 2022-ci il üçün türk dünyasının turizm paytaxtı seçilib. Gulustan.info-nun məlumatına görə, bu qərar Türk Dövlət...

Meymunçiçəyi daha bir ölkədə qeydə alınıb
Sloveniyanın Mikrobiologiya və immunologiya institutu ölkədə bir nəfərdə meymunçiçəyi virusunun aşkar edildiyini bildirib. Bu ...

Orta məktəbdə bomba həyəcanı yaşadan şəxsə cinayət işi başlanıb
Ağsuda orta məktəbdə bomba həyəcanı yaşadan şəxsə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayı...