Bakı 20 ℃

USD 1.7
RUB 0.0292
EUR 1.8128
TRY 0.1065
Qızıl 3154.673
Gümüş 36.9838

21.01.2022

Yollarda vəziyyət necədir?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb (21.01.22, saat 09:30).

AAYDA-dan Gulustan.info-ya verilən məlumata görə, “ZƏFƏR” yolunda yağıntı yoxdur, marşrut boyu 4-10 dərəcə şaxta var. Hazırda yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Toğanalı-Kəlbəcər-İstisu: yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 12-13 dərəcə, Murovdağ yüksəkliyində 19-23 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı tədbirlər görülür. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Bakı — Quba — Rusiya Federasiyası ilə dö­vlət sərhədi: yağıntı yoxdur, Xınalıq kəndi ərazisində 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkəti təmin olunur.

Giləzi – Xızı: yağıntı yoxdur, 5-7 dərəcə şaxta var. Qum-duz səpilərək, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.

Qobustan-Şamaxı: yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-8 dərəcə şaxta var. Qum-duz səpilərək, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.

Şamaxı – Muğanlı: yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 9-10 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Muğanlı – Ağsu, Muğanlı-İsmayıllı: yağıntı yoxdur, marşrut boyu 8-10 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

İsmayıllı — Qəbələ — Oğuz- Şəki: yağıntı yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 6-8 dərəcə, Oğuz və Şəki rayonları ərazisində 5-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.

Şəki — Qax – Zaqatala: yağıntı yoxdur, marşrut boyu 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Şəmkir — Gədəbəy: yağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 12-14 dərəcə, Şəmkir rayonu ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Gəncə — Daşkəsən: yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Ələt – Astara: yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Hazırda yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Masallı – Yardımlı , Lənkəran – Lerik: yağıntı yoxdur. Yardımlı rayonu ərazisində 8-9 dərəcə, Lerik rayonu ərazisində 3-4 dərəcə şaxta var. Hazırda yollarda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Bakı — Ələt – Hacıqabul — Ucar — Yevlax — Gəncə — Qazax: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Hacıqabul – Bəhramtəpə – Horadiz: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.


Digər xəbərlər


Mariupolda çoxmərtəbəli binanın dağıntıları altından 200-ə yaxın meyit tapılıb

Mariupolda çoxmərtəbəli binanın dağıntılarının altından 200-ə yaxın çürümüş cəsəd aşkar edilib. Bu barədə Mariupol merinin müş...

Füzuli-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkiş...

Azərbaycandan Həcc ziyarəti üçün qiymət müəyyənləşib

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Bu barədə Gulustan.info-ya Qafqaz Müsəlmanları İdarəsinin Xar...

Azərbaycanda 9 il əvvəl baş vermiş qətlin üstü açılıb

Prokurorluq və polis əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalmı...

Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə edilir - SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb...

Şamaxı türk dünyasının turizm paytaxtı seçilib

Şamaxı şəhəri 2022-ci il üçün türk dünyasının turizm paytaxtı seçilib. Gulustan.info-nun məlumatına görə, bu qərar Türk Dövlət...

Meymunçiçəyi daha bir ölkədə qeydə alınıb

Sloveniyanın Mikrobiologiya və immunologiya institutu ölkədə bir nəfərdə meymunçiçəyi virusunun aşkar edildiyini bildirib. Bu ...

Orta məktəbdə bomba həyəcanı yaşadan şəxsə cinayət işi başlanıb

Ağsuda orta məktəbdə bomba həyəcanı yaşadan şəxsə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayı...