Bakı 24 ℃

USD 1.7
RUB 0.0277
EUR 1.7426
TRY 0.0947
Qızıl 3050.718
Gümüş 35.0623

08.02.2022

“Ekspo 2020” sərgisindəki Azərbaycan pavilyonunda “Dostluq” xalçası təqdim ediləcək

Fevralın 18-dən 20-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay əmirliyində “Ekspo 2020” dünya sərgisindəki Azərbaycan pavilyonunda Heydər Əliyev Fondu və “Azərxalça” ASC tərəfindən keçiriləcək tədbirlər çərçivəsində milli xalça sənətimiz ziyarətçilərə təqdim ediləcək.

Gülüstan.info xəbər verir ki, fevralın 18-də milli pavilyonda “Dostluq” xalçasının təqdimatı olacaq.

Ənənəvi Azərbaycan xalçaları və müasir dizayn əsasında hazırlanan “Dostluq” xalçası “Azərxalça”nın yaradıcı komandası ilə Əməkdar rəssam Rəşad Ələkbərovun birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib. Xalçanın yaradılması üzrə işlər, o cümlədən dizaynın işlənməsi, çeşninin hazırlanması, xalçanın toxunması və emalı 7 ay davam edib. Xalçada Azərbaycanın və Dubay Əmirliyinin məşhur tarixi və müasir abidələri, flora və fauna elementləri əksini tapıb.

Fevralın 19-u və 20-də isə “Dubay Ekspo 2020”dəki Azərbaycan pavilyonunda qədim xalça sənətinin sirlərini öyrənmək arzusunda olanlar üçün ustad dərsləri də təşkil edəcək.


Digər xəbərlər


Muğam Televiziya Müsabiqəsinin finalı və qala-konserti Şuşada keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keç...

Azərbaycan və İsrail birgə film çəkir

Azərbaycanda Oğuz rayonunun dağ yəhudiləri ilə bağlı “Oğuz yəhudiləri” adlı yeni sənədli filmin çəkilişlərinə başlanılıb. Azər...

II Milli Yaylaq Festivalı keçiriləcək

İyulun 29-31-də Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda ...

“Avroviziya-2023” Britaniyada keçiriləcək - RƏSMİ

Avroviziya mahnı müsabiqəsinin 2023-cü ildə Böyük Britaniyada keçirilməsi rəsmiləşib. Gulustan.info xəbər verir ki, bu barədə ...

Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət pay...

Makron Azərbaycanın əməkdar artistini “Fəxri Legion” ordeni ilə təltif edib

Fransa Prezidenti Emmanuel Makronun 13 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan əsilli tanınmış müsiqiçi Adilə Əliyeva ölkə...

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərənc...

Şuşada Vaqif Poeziya Günləri başlayıb

İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilat...