Bakı 31 ℃

USD 1.7
RUB 0.0302
EUR 1.7744
TRY 0.101
Qızıl 3079.686
Gümüş 34.3069

09.02.2022

Azərbaycan XİN Ermənistana cavab verib

«Ermənistan XİN-inin yaddaşını təzələyirik: Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayaraq bu ərazilərdə geniş miqyaslı qeyri-qanuni fəaliyyət, o cümlədən urbisid, kultursid və ekosid törədən bir ölkədir».

Gulustan.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

«Ermənistan Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndini yer üzündən silib. Bu ərazilərdəki tarixi, mədəni, dini abidələr viran qoyulub, talan edilib.

Ermənistan işğal altında saxladığı ərazilərdə törətdiyi məqsədyönlü dağıntıları gizlətmək üçün onilliklər ərzində bu ərazilərə YUNESKO missiyasının səfərinin qarşısını alıb. Bu fakt, YUNESKO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub.

Eyni zamanda, Ermənistan öz ərazisindəki Azərbaycanın mədəni irsini tamamilə məhv edib.

Ermənistan son 30 ildə beynəlxalq hüquq, o cümlədən humanitar hüquq normalarını tapdalayıb; 1949-cu il Cenevrə Konvensiyası, YUNESKO-nun 1954-cü və 1970-ci illər konvensiyalarını kobud şəkildə pozub.

Ermənistanın yuxarıda sadalanan vandalizminin nəticələri beynəlxalq media və müstəqil ekspertlər tərəfindən geniş şəkildə sənədləşdirilib və işıqlandırılıb.

Bütün bu qeyd edilənlər fonunda görünür Ermənistan XİN-i Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatından yalan çıxarışlar edərək öz qeyri-qanuni əməllərini pərdələmək məqsədi güdür.

Lakin qonşu ölkənin rəsmi qurumu unudur ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tarixi-mədəni irsinə dini və etnik zəmində ayrı-seçkilik etmir. Azərbaycan bütün dünyada tolerantlıq və mədəni müxtəliflik mümunəsidir.

Ermənistan XİN-inə tövsiyəmiz budur ki, ətəyinə yalan, uydurma, iftira dolu daşları yığmaqla özünü daha da dərin və çıxılmaz vəziyyətə salmasın, əksinə ətəyindəki daşları ataraq, xoş niyyət və əməllər göstərməyə çalışsın», — L.Abdullayeva qeyd edib.


Digər xəbərlər


Ərdoğan İrana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək. “Ahaber” xəbər verir ki, səfər iyulun 19-da baş tutacaq. O, İra...

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə protokollar imzalanıb

İyulun 5-də İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə protokollar imzalanıb. Sənədləri NATO-nun Brüsseldəki mənzil-qərarga...

Azərbaycan və Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri arasında görüş olub

Azərbaycan və Britaniyanın ATƏT PA-dakı nümayəndə heyətləri arasında görüş olub. Bu barədə Milli Məclisin ATƏT PA-da nümayəndə...

İlham Əliyev Cozef Baydenə məktub göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb. Gulustan....

“Azərbaycanla Ermənsitan arasında normallaşmanı dəstəkləyirik” - Çavuşoğlu

“Azərbaycanla Ermənsitan arasında normallaşmanı dəstəkləyirik. Regionda daimi sabitliyə ehtiyacımız var. Cənubi Qafqazda daimi sa...

Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Gul...

Şarl Mişel: “Avropa İttifaqı Qazaxıstandakı islahatları dəstəkləyir”

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub...

Roma Papası Moskvaya və Kiyevə səfər edə bilər

Roma Papası Fransisk Rusiya və Ukraynaya səfər edə bilər. Bunu dünya katoliklərinin dini lideri “Röyters”ə müsahibəsində deyib...