Bakı 22 ℃

USD 1.7
RUB 0.0277
EUR 1.7426
TRY 0.0947
Qızıl 3050.718
Gümüş 35.0623

16.02.2022

Heydər Əliyev Mərkəzində Alvize Kazellatinin dirijorluğu ilə konsert keçiriləcək

Martın 4-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı dirijor Alvize Kazellatinin rəhbərliyi ilə konsert proqramı təqdim olunacaq. Heydər Əliyev Mərkəzinin Auditorium zalında keçiriləcək gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, solist Emil Bağırov (klarnet) Lüdviq van Bethoven, Volfqanq Amadey Motsart, Pyotr Çaykovski kimi dahi musiqiçilərin əsərlərini ifa edəcək.

Heydər Əliyev Mərkəzindən Gulustan.info-ya verilən məlumata görə, Alvize Kazellati dirijor kimi ilk dəfə 2011-ci ildə Venesiyada “Teatro La Fenice” səhnəsində çıxış edib. Musiqiçi son bir neçə ildə bir çox festivallarda iştirak üçün dəvət alıb, İtaliyanın bir sıra məşhur opera teatrları ilə əməkdaşlıq edir.

Alvize Kazellati həmçinin, 2017-ci ildə təsis edilən “Opera İtaliana is in the Air” layihəsinin yaradıcısı və musiqi rəhbəridir. Layihənin əsas məqsədi gənc dinləyiciləri İtaliyanın opera irsinə cəlb etmək, italyan operasının hamı üçün əlçatanlığını təmin etməkdir.

Konsertdə solist kimi çıxış edəcək klarnet ifaçısı Emil Bağırov 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə, 2017-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb. 2012-ci ilin dekabr ayında Təl-Əviv şəhərində keçirilən beynəlxalq musiqi yarışmasında “Ən yaxşı ifaçı” seçilib. 2013-cü ildən Azərbaycan Dövlət Simfonik Orkestrinin artistidir. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə musiqi sahəsində xüsusi istedadına görə adı gənc istedadların “Qızıl kitabı”na yazılıb və gənc istedadların xüsusi təqaüdünə layiq görülüb.

Martın 4-dəki konsertə biletləri Heyər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və kassalarından əldə etmək olar. Zala giriş COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) ilə mümkündür.


Digər xəbərlər


Muğam Televiziya Müsabiqəsinin finalı və qala-konserti Şuşada keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keç...

Azərbaycan və İsrail birgə film çəkir

Azərbaycanda Oğuz rayonunun dağ yəhudiləri ilə bağlı “Oğuz yəhudiləri” adlı yeni sənədli filmin çəkilişlərinə başlanılıb. Azər...

II Milli Yaylaq Festivalı keçiriləcək

İyulun 29-31-də Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda ...

“Avroviziya-2023” Britaniyada keçiriləcək - RƏSMİ

Avroviziya mahnı müsabiqəsinin 2023-cü ildə Böyük Britaniyada keçirilməsi rəsmiləşib. Gulustan.info xəbər verir ki, bu barədə ...

Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət pay...

Makron Azərbaycanın əməkdar artistini “Fəxri Legion” ordeni ilə təltif edib

Fransa Prezidenti Emmanuel Makronun 13 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan əsilli tanınmış müsiqiçi Adilə Əliyeva ölkə...

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərənc...

Şuşada Vaqif Poeziya Günləri başlayıb

İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilat...