Bakı 27 ℃

USD 1.7
RUB 0.0321
EUR 1.7771
TRY 0.1023
Qızıl 3087.353
Gümüş 35.2303

23.02.2022

Gələn aydan Müdafiə Nazirliyi üzrə də «Müharibə veteranı» təqaüdünün verilməsinə başlanıla bilər — Nazir

İndiyə qədər altı qurum üzrə «Müharibə veteranı» statusu təyin edilib. Onlara aylıq təqaüdün verilməsi başlanılıb.

Bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, statusun hansı dövrdə təsdiq olunmasına baxmayaraq, şəxslərə təqaüd yanvardan hesablanır.

“Bu ay ərzində Müdafiə Nazirliyinin şəxslərin siyahısının verilməsini gözləyirik. Yeganə qalan qurum onlardır və ən çox kontingent də həmin qurumdadır», — deyə S.Babayev əlavə edib.

Nazir vurğulayıb ki, mart ayının ilk yarısından Müdafiə Nazirliyinin verəcəyi siyahı üzrə də «Müharibə veteranı» təqaüdünün verilməsinə başlanıla bilər.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.


Digər xəbərlər


Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyin detalları açıqlanıb

Əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyin detalları açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Gulustan.i...

Azərbaycan nefti 120 dolları KEÇİB

Dünya bazarında «Azeri Light» (CIF) markalı neftin qiyməti artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,86 ABŞ...

SOCAR-ın Rumıniyadakı fəaliyyəti açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyada 67 yanacaqdoldurma məntəqəsi və 3 yanacaq deposu var. Bunu Azərbaycan və ...

İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək

İyunun 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə...

Pensiyaların tam ödəniləcəyi tarix açıqlanıb

Respublika üzrə iyun ayının pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Gulustan.inf...

1 lirə 10 qəpikdən aşağı düşüb

Azərbaycan Mərkəzi Bankı 8 iyun tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan Gulustan.info-ya verilən ...

Bakı məktəblərində çalışan müəllimlərin orta aylıq maaşı açıqlanıb

Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 778 manat təşkil edib. Bu barə...

Pensiyaların ödəniləcəyi tarix açıqlanıb

İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. ...