Bu ilin ortalarında Azərbaycanda “Avro-5” dizel istehsal ediləcək
“Gələn ildən Azərbaycanda “Avro-5” standartlarına cavab verən benzin istehsal ediləcək”.
Bunu jurnalistlərə açıqlamasında Neft Emalı zavodunun “Modernizasiya və yenidənqurma” layihəsinin rəhbəri Emil Alxaslı deyib.
O xatırladıb ki, hazırda zavodda “Aİ 92” markalı benzinin istehsalı dayanıb: “Buna baxmayaraq, daxili bazarda bu növ yanacaqla bağlı qıtlıq olmayacaq. İlk öncə “Avro-5” dizel istehsalı alınması üçün lazım olan qurğuların istismara verilməsi nəzərdə tutulur. Plana əsasən, 2022-ci ilin ortalarında “Avro-5” dizel istehsal edə biləcəyik. Daha sonra mütəmadi olaraq benzinin keyfiyyəti artırılaraq 2023-cü ilin ortalarında “Avro-5” standartlarına uyğun benzin istehsalı təmin olunacaq. Dizel-kerosin yanacaq təminatı daxili istehsal, benzin ehtiyatının bir qismi isə idxal hesabına təmin olunacaq”.
Layihə rəhbəri zavod tam istismara verildikdən sonra daxili bazarın “Avro-5” standartlarına uyğun dizel və benzinlə tam təmin ediləcəyini qeyd edib.
Digər xəbərlər

Pensiyaların ödəniləcəyi tarix açıqlanıb
Respublika üzrə pensiyaların avqustun 16-da tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Gulustan.info-ya Dövlə...

Milli Məclisin deputatlarının maaşı artırılıb
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Gu...

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,75 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. ...

Azərbaycanda qəpik pullar yenilənib
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehs...

Sosial yardımlar bu tarixdə ödəniləcək
İyulun 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə...

Dövlət Xidmətindən sahibkarlara XƏBƏRDARLIQ
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib. Gulustan.info xəbər verir ki, müraciətdə deyil...

İyul ayının pensiyaları tam ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödəniş...

Avro 20 il ərzində ilk dəfə dollara nisbətdə ucuzlaşıb
Avropanın vahid valyutası — avro nağd tədavülə buraxıldığı 2002-ci ildən bəri ilk dəfə ABŞ dollarından ucuz olub. Məluma...