Bakı 13 ℃


20.04.2022

Əhməd Cavadın 130 illiyi qeyd ediləcək — SƏRƏNCAM

Prezident İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam verib.

Gulustan.info-nun məlumatına görə, Sərəncamda qeyd edilir ki, 2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur.

Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir.

Sərəncamla Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alınır:

— Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, görkəmli şair Əhməd Cavadın 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

— Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Digər xəbərlər


Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyovun anım günüdür

Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operanın banisi Üzeyir H...

Bu gündən “Bakı Caz Festivalı - 2022” başlayır

Cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan Bakı Caz Festivalı şəhidlərin xatirəsinə ehtiramla əlaqədar ləğv edilib və n...

Leyla Əliyevanın şeirləri əsasında hazırlanmış tamaşanın premyerası olub

Gürcüstanda Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə, Puşkin adına “Qızıl medal”, ABŞ Xeyriyyə Cəmiyyətinin “Həyat açarı” (...

UNESCO-da Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilən musiqi axşamı keçiriləcək

Noyabrın 3-də Fransanın paytaxtı Parisdə UNESCO-nun Baş Qərargahının konsert zalında azərbaycanlı bəstəkar, SSRİ xalq artisti Fik...

Mehriban Əliyeva Rauf Abdullayevi 85 illik yubileyi ilə bağlı təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər...

Heydər Əliyev Mərkəzində “Çağırışın 17 siması” adlı fotosərgi açılıb

Bu gün Heydər Əliyev Mərkəzində BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovayanın təşəbbüsü, Heydər Əliyev Fondunun, İ...

AzTV Atabəylər dövləti ilə bağlı tarixi serial çəkir - Azərbaycanda İLK

Azərbaycanda ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkiləcək. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ni...

Əhməd Bakıxanovun 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Əhməd Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 2022-ci ildə Azərbaycan musi...