Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur — Fotolar
Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur.
Biennaledə ölkəmiz “Sevmək üçün doğulanlar” (“Born to love”) mövzusundakı milli pavilyonla iştirak edir. Şəhərin ən izdihamlı məkanlarından birində — Müqəddəs Mark Meydanındakı qədim “Procuratie Vecchie” binasında Azərbaycandan olan 7 rəssam — Juk (Nərmin İsrafilova), Infinity, Ramina Səadatxan, Fidan Kim (Novruzova), Fidan Axundova, Sabiha Xankişiyeva, Əqdəs Bağırzadənin əsərləri təqdim edilir.
Venesiya Biennalesi bütün incəsənət xadimləri və həvəskarları üçün səbirsizliklə gözlənilən hadisədir. Çünki bu, dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər sərgi-aksiya hesab olunur. Azərbaycan pavilyonunda müasir incəsənət üzrə 7 rəssam müasir texnika və üsullarla mövzu üzrə ideyalarını, eyni zamanda, ölkəmizin zəngin mədəni və tarixi xüsusiyyətlərini sərgi iştirakçılarına çatdırır.
Sərgidə təmsil olunan müəllif-rəssam Ramina Səadətxan Venesiya Biennalesində ilk dəfə iştirak etməsi ilə fəxr etdiyini deyir.
Fotoqraf-rəssam Əqdəs Bağırzadə Biennaledə “The other side of me” layihəsi ilə çıxış edir. “Bir azərbaycanlı, bir foto-rəssam kimi mən doğrudan da qürür duyuram ki, bu festivalda, bieannaledə iştirak elədim. Bu, Heydər Əliyev Fondunun dəstəyi və iştirakı ilə ərsəyə gəlib. Doğrudan da Azərbaycanı burada təmsil etmək bizim üçün böyük məsuliyyətdir”, — deyə o qeyd edib.
Heydər Əliyev Fondu 2004-cü ildən müasir incəsənətin və gənc rəssamların yaradıcılığının inkişafına dəstək verən layihələr həyata keçirir. Venesiya Biennalesində iştirak da bunlardan biridir.
İki ildən bir keçirilən Venesiya Biennalesində ölkəmiz 2007-ci ildən iştirak edir. Azərbaycan bu il artıq 8-ci dəfədir müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu sərgilərindən hesab olunan Venesiya Biennalesində təmsil olunur. Venesiyadakı Azərbaycan pavilyonu noyabrın 27-dək açıq olacaq.












Digər xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq
Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına ...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” dəfiləsi olacaq
Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçiriləc...

Azərbaycan “Avroviziya -2022”nin finalında
İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. İtaliyanın...

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir
Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir. Gulustan.info xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm A...

Vaşinqtonda Azərbaycan Mədəniyyət Gecəsi keçirilib
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşkilatçılığı və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Vaşinqtonun tar...

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edəcək
Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mü...

Kreml sarayında Müslüm Maqomayevin 80 illiyi qeyd olunacaq
Bu gün Kreml Sarayında “XXI əsrin tenorları” art layihəsi və Rusiya Filarmoniyasının Simfonik Orkestri Müslüm Maqomayevin repertu...

Əhməd Cavadın 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam verib. Gulustan.info-nun məlumatına görə, S...