Bakı 25 ℃

USD 1.7
RUB 0.0311
EUR 1.7918
TRY 0.0979
Qızıl 3104.3955
Gümüş 35.815

26.04.2022

Azərbaycanla Latviya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb

Aprelin 26-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Latviyanın Baş nazirinin müavini, müdafiə naziri cənab Artis Pabriksin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Gulustan.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Latviyanın müdafiə naziri fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. A.Pabriks “Şərəf kitabı”nı imzalayıb.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilən ərazilərdə görülən işlərlə bağlı onlara ətraflı məlumat verib.

Müdafiə naziri Azərbaycan ilə Latviya arasında hərbi əməkdaşlığın həm NATO-nun müxtəlif proqramları, həm də ikitərəfli əsasda həyata keçirildiyini və bu əlaqələrin daim inkişaf etdiyini vurğulayıb.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən cənab A.Pabriks dövlətlərimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını, Latviyanın Avropanın təhlükəsizlik təşkilatlarında, xüsusilə NATO çərçivəsində Azərbaycanın vacib tərəfdaşı olduğunu deyib. Baş nazirinin müavini, həmçinin azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində latviyalı mütəxəssislərin də iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Latviya arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, təhlükəsizlik məsələləri, habelə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonda «Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş» imzalanıb.


Digər xəbərlər


İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzal...

Rusiya Cənubi Qafqazda sülhün qurulması üçün zəruri xidmətləri göstərməkdə davam edəcək – Lavrov

Rusiya tərəfi regionda sülhün qurulması, sərhədin delimitasiyası prosesi üçün zəruri xidmətləri göstərməkdə davam edəcək. Bunu...

Rusiya və Azərbaycan informasiya təhlükəsizliyi sahəsində saziş imzalayıb – Ceyhun Bayramov

Rusiya və Azərbaycan informasiya təhlükəsizliyi sahəsində saziş imzalayıb. Gulustan.info-nun məlumatına görə, bunu xarici işlə...

Vilayət Eyvazov Bolqarıstan prezidenti ilə görüşüb

Bolqarıstan Respublikasının daxili işlər naziri Boyko Raşkovun dəvəti ilə Azərbaycan Respublikasının daxili işlər naziri, general...

Azərbaycan və Rusiya XİN başçılarının görüşü başlayıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb. Gulustan.info xəbər ...

İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib. Gu...

Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçilib

Xarici İşlər Nazirliyi Azərbaycan nümayəndəsi Elgün Səfərovun BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin aradan qaldırılması üzrə Ko...

Azərbaycan və Fransa XİN arasında siyasi məsləhətləşmələr keçirilib

İyunun 21-də Fransanın paytaxtı Paris şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Fransanın Avropa və Xarici İşlər Nazirliyi ...