Bakı 24 ℃

USD 1.7
RUB 0.0311
EUR 1.7918
TRY 0.0979
Qızıl 3104.3955
Gümüş 35.815

28.04.2022

Ceyhun Bayramov Bolqarıstan XİN başçısının müavini ilə Ukraynanı müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan xarici işlər nazirinin müavini Vasil Georgievin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Gulustan.info XİN-ə istinadən xəbər verir ki, Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın qarşılıqlı maraqlar və beynəlxalq hüquq əsasında inkişafını məmnunluqla qeyd edib. Yüksək səviyyəli ikitərəfli siyasi dialoqun və qarşılıqlı təmasların əlaqələrin inkişafına müsbət töhfə verdiyi vurğulanıb. Nazir, cari ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini və müxtəlif istiqamətlər üzrə əlaqələrin daha da genişləndirilməsi üçün birgə səylərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Nazir müavini Vasil Georgiev Azərbaycana səfərin çox məhsuldar olduğunu, zəngin işçi proqramın, o cümlədən siyasi məsləhətləşmələrin növbəti iclasının keçirildiyini, ikitərəfli görüşlərin təşkil edildiyini məmnunluqla qeyd edib. İki ölkə arasında siyasi müstəvidə çox yaxşı münasibətlərin mövcud olduğu, habelə iqtisadi, enerji, nəqliyyat, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

Görüşdə, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, habelə Ukraynadakı vəziyyət və digər regional məsələlər də müzakirə edilib. Nazir Ceyhun Bayramov, Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən Azərbaycan vətəndaşlarının Bolqarıstan ərazisindən keçməsi üçün müvafiq şəraitin yaradılmasına görə qarşı tərəfə minnətdarlıq ifadə edib.

Bolqarıstan xarici işlər nazirinin müavini, nazir Teodora Gençovskanın Azərbaycanlı həmkarını Bolqarıstana səfərə dəvət etdiyini səsləndirib.


Digər xəbərlər


İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzal...

Rusiya Cənubi Qafqazda sülhün qurulması üçün zəruri xidmətləri göstərməkdə davam edəcək – Lavrov

Rusiya tərəfi regionda sülhün qurulması, sərhədin delimitasiyası prosesi üçün zəruri xidmətləri göstərməkdə davam edəcək. Bunu...

Rusiya və Azərbaycan informasiya təhlükəsizliyi sahəsində saziş imzalayıb – Ceyhun Bayramov

Rusiya və Azərbaycan informasiya təhlükəsizliyi sahəsində saziş imzalayıb. Gulustan.info-nun məlumatına görə, bunu xarici işlə...

Vilayət Eyvazov Bolqarıstan prezidenti ilə görüşüb

Bolqarıstan Respublikasının daxili işlər naziri Boyko Raşkovun dəvəti ilə Azərbaycan Respublikasının daxili işlər naziri, general...

Azərbaycan və Rusiya XİN başçılarının görüşü başlayıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb. Gulustan.info xəbər ...

İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib. Gu...

Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçilib

Xarici İşlər Nazirliyi Azərbaycan nümayəndəsi Elgün Səfərovun BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin aradan qaldırılması üzrə Ko...

Azərbaycan və Fransa XİN arasında siyasi məsləhətləşmələr keçirilib

İyunun 21-də Fransanın paytaxtı Paris şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Fransanın Avropa və Xarici İşlər Nazirliyi ...