Əmək pensiyalarının təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası təsdiqlənib
Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası təsdiq olunub.
Gulustan.info xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 175 № li Qərarına dair izahında deyilir ki, qaydalarda əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi üçün vətəndaşlar, o cümlədən müəyyən müddətə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri, habelə xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları və s. tərəfindən edilən müraciətlərə baxılması və nəticələri ilə bağlı onların məlumatlandırılması vasitələri, müddəti və prosedurları, əmək pensiyalarının təyin edilməsi və hesablanması, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, həmçinin əmək pensiyalarının ödənilməsi və əmək pensiyalarının ödənilməsinin dayandırılması ilə bağlı müddəalar əks olunub.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanların əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onların fərdi hesabının sığorta hissəsində 2006-cı il 1 yanvar tarixdən 2018-ci ilin 1 iyul tarixinədək məbləğindən asılı olmayaraq pensiya kapitalı qeydə alınmışdırsa, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada hesablanır. Əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı üçün ikinci şərt sığortaolunanların qanunvericiliklə müəyyən edilən pensiya yaş həddinə çatmaqlarından ibarətdir. Bu halda şəxslərin pensiya təyin edən orqana müraciətləri daxil olmadan və müvafiq sənədləri təqdim edilmədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial internet portalı üzərindən onların əmək pensiyası hüququ yarandığı gün müvafiq komputer-proqram təminatı vasitəsilə əmək pensiyası elektron qaydada təyin edilir və həmin şəxslərin məlumat bazasında olan əlaqə vasitələrindən birinə bildiriş göndərilir.
Qərarda əmək pensiyalarının bütün növləri üzrə (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə) avtomatlaşdırılmış təyinat üçün 2006-cı il 1 yanvar tarixədək olan dövrün sosial sığorta stajının hesablanması şərtləri əks etdirilib.
Digər xəbərlər

Mənzil və obyekt alışına görə də ƏDV geri qaytarılacaq
Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qa...

Bu tarixədək bütün müavinətlər ödəniləcək
Mayın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların ödənilməsi nəzərdə tutulub. Bu barədə Gu...

Dünyada neft bahalaşır
Dünya bazarında neft qiymətləri yenidən yüksəlib. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişi...

Azərbaycan neftinin qiyməti 120 dollara çatır
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 16-da 119,39 dollar/barel təşki...

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 13-də 117,25 dollar/barel təşki...

Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir
Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikli...

Ailə başçısını itirməyə görə əmək pensiyası ARTACAQ
Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq. Bununla bağlı «Əmək pensiyaları haqqında» qanuna d...

Pensiyalar mayın 13-də tam ödəniləcək
Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Gulustan.info...