Azərbaycanın Ukraynadakı Səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib
29 aprel 2022-ci ildən etibarən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib.
Bu barədə Gulustan.info-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlik bildirir ki, Səfirliyin ünvanı dəyişməyib və aşağıdakı kimidir:
Ünvan: Kiyev şəhəri, Qlıboçitskaya küçəsi 24
Telefon: +380 44 484 69 40
Faks: +380 44 484 69 32
Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə alınmaqla 30 aprel tarixindən başlayaraq aşağıdakı qrafik üzrə hər gün işləyəcək:
Müraciətlərin qəbulu — 10:00-13:00
Hazır sənədlərin verilməsi — 15:00-18:00
Səfirliyin Konsulluq şöbəsi ilə +380 73 505 00 00 nömrəsi vasitəsilə əlaqə saxlamaq olar.
Vətəndaşların diqqətinə çatdırırılır ki, səfirliyin Lvov şəhəri Fedkoviça 60a ünvanında yerləşən müvəqqəti ofisində mümkün konsulluq xidmətlərinin göstərilməsi 6 may 2022-ci il tarixinədək eyni qrafiklə davam etdiriləcək. Səfirliyin Lvov şəhərində ofisi ilə +380 99 408 99 43 nömrəsi ilə əlaqə saxlamaq olar.
Həmçinin diqqətə çatdırılır ki, vəziyyətlə əlaqədar müvəqqəti olaraq Azərbaycan Respublikasında verilmiş sənədlərin səfirlikdə yenilənməsi fiziki olaraq mümkün deyil.
Digər xəbərlər

İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzal...

Rusiya Cənubi Qafqazda sülhün qurulması üçün zəruri xidmətləri göstərməkdə davam edəcək – Lavrov
Rusiya tərəfi regionda sülhün qurulması, sərhədin delimitasiyası prosesi üçün zəruri xidmətləri göstərməkdə davam edəcək. Bunu...

Rusiya və Azərbaycan informasiya təhlükəsizliyi sahəsində saziş imzalayıb – Ceyhun Bayramov
Rusiya və Azərbaycan informasiya təhlükəsizliyi sahəsində saziş imzalayıb. Gulustan.info-nun məlumatına görə, bunu xarici işlə...

Vilayət Eyvazov Bolqarıstan prezidenti ilə görüşüb
Bolqarıstan Respublikasının daxili işlər naziri Boyko Raşkovun dəvəti ilə Azərbaycan Respublikasının daxili işlər naziri, general...

Azərbaycan və Rusiya XİN başçılarının görüşü başlayıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb. Gulustan.info xəbər ...

İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib. Gu...

Azərbaycan nümayəndəsi BMT-nin Komitəsinə üzv seçilib
Xarici İşlər Nazirliyi Azərbaycan nümayəndəsi Elgün Səfərovun BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin aradan qaldırılması üzrə Ko...

Azərbaycan və Fransa XİN arasında siyasi məsləhətləşmələr keçirilib
İyunun 21-də Fransanın paytaxtı Paris şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Fransanın Avropa və Xarici İşlər Nazirliyi ...