Bu ölkələrdən quş əti idxalına qadağa qoyulub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
AQTA-dan Gulustan.info-ya verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatına əsasən, İsrail Dövlətinin Qüds dairəsində və Əfqanıstan İslam Əmirliyinin Herat əyalətində qeydə alınmış yüksək patogen quş qripi (YPQQ) xəstəliyi üzrə xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və qeyd olunan inzibati ərazi vahidlərinin həmin xəstəlikdən epizootik sağlamlıq statusu bərpa olunub. Bu məqsədlə Agentliyin müvafiq qərarları ilə aradan qaldırılmış xəstəlik üzrə adları sadalanan inzibati ərazi vahidlərinə tətbiq edilən məhdudiyyətlərə yenidən baxılıb. YPQQ-yə görə İsrail Dövlətinin Qüds dairəsindən və Əfqanıstan İslam Əmirliyinin Herat əyalətindən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş və quş məhsullarının idxalına tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat verilib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tövsiyə edir ki, yüksək patogen quş qripi xəstəliyinin baş verməməsi üçün quşçuluq məhsullarının və quşların beynəlxalq ticarətinin aparılmasında ölkələrin epizootik vəziyyəti nəzərə alınmalı, quşçuluq təyinatlı istehsal müəssisələrində və bu müəssisələrin daxil olduğu ərazilərdə daimi müşahidələr aparılmalı və baytarlıq-sanitariya tələblərinə əməl edilməlidir.
Digər xəbərlər

“Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
İyulun 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ...

Müdafiə Nazirliyinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 5-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlü...

Qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq - SİYAHI
“Kənddən Şəhərə” layihəsi çərçivəsində Bakı və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar olaraq qurbanlıq qoyunların onlayn...

Bakı metrosunda qatarda tüstülənmə olub
“İçərişəhər” — “Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatar “Gənclik” stansiyasında olarkən vaqonda sərnişinlərdən bi...

Qazaxın Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi üçün 6,9 milyon manat ayrılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayı...

Bakı Şəhər Dövlət Yol Polisi piyada və sürücülərə müraciət edib
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi piyada və sürücülərə müraciət edib. İdarənin baş inspektoru polis mayoru Araz Əsgər...

Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov ...

UNESKO Ukraynaya missiya göndərəcək
Ukraynanın ehtiyaclarını və gözləntilərini müəyyənləşdirmək məqsədilə bu həftə Kiyevə texniki missiya göndəriləcək. Bu barədə ...