Prezident: “Keçmiş məcburi köçkünlər yaxın gələcəkdə Zəngilana qayıdacaqlar”
“Siz bu gün Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi vəzifəsinə təyin edilirsiniz. Sizi təbrik edirəm və uğurlar arzulayıram. Sizə böyük etimad göstərilir və siz bu etimadı öz işinizlə doğrultmalısınız”.
Bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbulu zamanı deyib.
Dövlət başçısı bildirib ki, Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalıb: “Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları — hərbçilər istifadə edirdilər. Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir”.
Prezident İlham Əliyevin sözlərinə görə, Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb: “Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.
Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf”.
Digər xəbərlər

“Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
İyulun 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ...

Müdafiə Nazirliyinin Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 5-də Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlü...

Qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq - SİYAHI
“Kənddən Şəhərə” layihəsi çərçivəsində Bakı və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar olaraq qurbanlıq qoyunların onlayn...

Bakı metrosunda qatarda tüstülənmə olub
“İçərişəhər” — “Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatar “Gənclik” stansiyasında olarkən vaqonda sərnişinlərdən bi...

Qazaxın Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi üçün 6,9 milyon manat ayrılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayı...

Bakı Şəhər Dövlət Yol Polisi piyada və sürücülərə müraciət edib
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi piyada və sürücülərə müraciət edib. İdarənin baş inspektoru polis mayoru Araz Əsgər...

Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov ...

UNESKO Ukraynaya missiya göndərəcək
Ukraynanın ehtiyaclarını və gözləntilərini müəyyənləşdirmək məqsədilə bu həftə Kiyevə texniki missiya göndəriləcək. Bu barədə ...