Bakı 20 ℃

USD 1.7
RUB 0.0307
EUR 1.8199
TRY 0.1052
Qızıl 3167.202
Gümüş 37.5012

13.05.2022

Ceyhun Bayramov MDB XİN başçıları Şurasının iclasında çıxış edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında çıxış edib.

Bu barədə Gulustan.info-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Çıxışda nazir Ceyhun Bayramov, təşkilata səmərəli sədrliyinə görə Qazaxıstan tərəfinə təşəkkür edib və MDB çərçivəsində əməkdaşlıq məsələlərini qarşılıqlı anlaşma şəraitində müzakirəsinə, habelə beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparmağa imkan verən iclasın yüksək səviyyədə təşkilinə görə Tacikistana təşəkkür ifadə edib.

Nazir, MDB formatında ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin uğurla inkişafını qeyd edib. O, cari ildə Birliyə üzv olan bir çox dövlətlərin əlamətdar tarix olan — diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu yubileyin ölkələrimizin keçdiyi yola nəzər salmaq, keçmişdən dərsləri öyrənmək, çoxillik əməkdaşlığın nəticələrini yekunlaşdırmaq və gələcək üçün planları müəyyən etmək üçün yaxşı fürsət olduğu bildirilib.

Ceyhun Bayramov, iclasın gündəliyinə uyğun olaraq MDB-yə üzv dövlətlər arasında, o cümlədən humanitar sahədə gələcək əməkdaşlığı təşviq edən bir sıra sənədlərin qəbulunun nəzərdə tutulduğunu vurğulayıb. Azərbaycanın təhsil, elm, mədəniyyət, səhiyyə, turizm, gənclərlə iş və digər sahələrdə əməkdaşlıq üçün formatları faydalı hesab etdiyi qeyd edilib.

Çıxışında nazir Ceyhun Bayramov, həmçinin iclas iştirakçılarını bölgəmizdəki münaqişədən sonrakı vəziyyət barədə məlumatlandırıb. Münaqişənin keçmişdə qaldığı və hazırda əsas vəzifəmizin işğaldan azad edilmiş ərazilərimizi yenidən dirçəltmək, iqtisadi və kommunikasiya əlaqələrini bərpa etməklə uzunmüddətli sülh və sabitliyi təmin etmək olduğu diqqətə çatdırılıb. Nazir, Azərbaycan Respublikasının Ermənistanla münasibətləri normallaşdırmağa, o cümlədən sülh sazişinin imzalanmasına və sərhədlərin delimitasiyası prosesinin başlanmasına hazır olduğunu qeyd edib. Bununla bağlı, sülh sazişi üzrə danışıqlar prosesinin başlanması istiqamətində addımların atıldığı, o cümlədən iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə milli komissiyaların sədrləri və formatının müəyyənləşdirildiyi bildirilib. Azərbaycan tərəfinin sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirmək əzmində olduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb.


Digər xəbərlər


Türkiyə prezidenti Azərbaycanla balıqçılıq sahəsində əməkdaşlığa dair sazışı təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan «Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında balıqçı...

Makron və Ərdoğan arasında telefon danışığı gözlənilir

Fransa Prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışmaq niyyətindədir. Bu barədə çərşənb...

Zakir Həsənov Selçuk Bayraktarla görüşüb

Mayın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktor...

Azərbaycan və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdı arasında telefon danışığı baş t...

Böyük Britaniya Kraliçası Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Məktu...

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanl...

İlham Əliyev Estoniya Parlamentinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Estoniya Respublikası Parlamentinin sədri Yuri Ratasın başçılıq et...

İlham Əliyev İTV-yə maliyyə yardımı ayırıb

Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstəriləcək. Prezident İlham Əliyev b...