Bakı 17 ℃

USD 1.7
RUB 0.0307
EUR 1.8199
TRY 0.1052
Qızıl 3167.202
Gümüş 37.5012

14.05.2022

Sabah yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında mayın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Gulustan.info-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65% olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 26-31° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.


Digər xəbərlər


Sabah Azərbaycanın üç rayonunda qaz kəsiləcək

Sabah Gədəbəy, Şəmkir və Yevlax rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq. Bu barədə Gulustan.info-ya Azərbaycan ...

Azərbaycanda zob xəstəliyinin daha çox qeydə alındığı bölgələr açıqlanıb

Azərbaycanda zob xəstəliyinin ən çox hansı bölgələrdə qeydə alındığı açıqlanıb. Gulustan.info xəbər verir ki, bu barədə Səhiyy...

Selçuk Bayraktar Bakıda ilk dəfə döyüş təyyarəsi sürdü - Video

Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıda həyatında ilk dəfə olaraq döyüş təyyarəsi idarə e...

Bakı metrosu iş rejimini dəyişəcək - SƏBƏB

“Bakı Metropoliteni” QSC mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə əlaqəda...

Daha bir ölkədə meymunçiçəyi aşkarlanıb

Finlandiyada meymunçiçəyi infeksiyasına ilk yoluxma faktı qeydə alınıb. Gulustan.info-nun məlumatına görə, bu barədə Helsinki ...

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşünün vaxtı və yeri açıqlanıb

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada keçiriləcək. Bunu Rusiya ...

Sarsılmaz qardaşlığımızın regionumuzda sülhün ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram - Rəcəb Tayyib Ərdoğan

«Bir millət, iki dövlət» şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olara...

İraqda həbsdə saxlanılan Azərbaycan vətəndaşı olan uşaqlar vətənə gətirildilər

İraq Respublikasının cəzaçəkmə müəssisəsində saxlanılan və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilmiş ik...