Bakı 30 ℃

USD 1.7
RUB 0.0305
EUR 1.7727
TRY 0.1015
Qızıl 3081.1905
Gümüş 33.8107

23.05.2022

Ərdoğan: “Türkiyə NATO müttəfiqlərindən dəstək almayıb”

“Türkiyə nə müdafiə ehtiyaclarını ödəmək, nə də 40 illik terrorla mübarizə sahəsində müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilib”.

Bunu Türkiyə prezidenti prezident Rəcəb Tayyib Ərdoğan bildirib.


“Ölkəmiz dəfələrlə aşkar və gizli sanksiyalara, təhdidlərə, təzyiqlərə və şantajlara məruz qalıb”, — Ərdoğan bildirib.

Prezidentin sözlərinə görə, Türkiyə NATO-dan terrorla mübarizə üçün diplomatik bəyanatlar deyil, konkret addımlar görmək istəyir.
 

“NATO-nun bədəlini ödəyən ölkə olaraq biz açıq diplomatik bəyanatlar deyil, konkret addımlar görmək istəyirik”.

Ərdoğan bildirib ki, İsveçin NATO-ya üzvlüyü müzakirə edilərkən Türkiyə Stokholmun Ankaraya qarşı sanksiyalarını “kənara qoya bilməz”.


“NATO və üzv olduğumuz beynəlxalq təşkilatlarda oynadığımız həyati rol bəlli olsa da, bəzi müttəfiqlərimiz hələ də sanksiyaların ləğvindən danışır. Biz İsveçin bizə qarşı sanksiyalarını bir kənara qoya bilmərik”, — Ərdoğan bildirib.


Türkiyə daha əvvəl bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) nümayəndələri ilə münasibətlərə dair verdiyi təminatlara inana bilmir. Ərdoğanın fikrincə, Türkiyə razılaşarsa, NATO “təhlükəsizlik təşkilatı olmayacaq, terrorçuların çoxlu nümayəndələrinin olduğu yerə çevriləcək”.


Digər xəbərlər


Ceyhun Bayramovun Tehranda iranlı həmkarı ilə görüşü başlayıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşü başlayıb. Bu gün səhə...

İlham Əliyev 2022-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu t...

Ceyhun Bayramov İrana gedib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə İran İslam Respublikasına yola düşüb. Gulustan.in...

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

İyulun 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçiril...

Putin Təhlükəsizlik Şurası ilə operativ iclas keçirəcək

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclas keçirəcək. Gulustan.info xəbər verir ki, b...

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək

İyulun 5-də “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Ekol...

Ceyhun Bayramov Çexiya səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Milan Sedlaçekin etimadnaməsini qə...

Azərbaycan İsraillə hava əlaqələri haqqında saziş imzalayıb

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi ilə hava əlaqələri haqqın...