Bakı 29 ℃

USD 1.7
RUB 0.0305
EUR 1.7727
TRY 0.1015
Qızıl 3081.1905
Gümüş 33.8107

24.05.2022

AQTA sahibkarlara xəbərdarlıq edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarının verilməsi elektron sistem vasitəsilə həyata keçirilir.

AQTA-dan Gulustan.info-ya verilən məlumata görə, sahibkarlıq subyektləri öz “Şəxsi kabinet”lərindən “Asan imza” vasitəsilə müraciət etmək və müvafiq sənədləri sistemə yükləməklə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarını əldə etmək imkanına malikdirlər. Lakin son zamanlar özünü broker təşkilatı kimi qələmə verən bəzi təşkilatlar AQTA-nın rəsmi loqosunu öz reklam vasitələrində və elektron səhifələrində yerləşdirməklə, guya AQTA ilə əlaqəli şəkildə fəaliyyət göstərmək və müxtəlif sahibkarları qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları ilə təmin etmək üçün hər hansı səlahiyyətə malik olduqları haqqında sahibkarlarda və ictimaiyyətdə yanlış təəssürat yaratmağa çalışırlar.

AQTA bu sahədə qanunsuz fəaliyyətlərin qarşısının alınması, prosedur qaydalarının daha səmərəli və şəffaf şəkildə həyata keçirilməsi üçün ardıcıl tədbirlər görür və bəyan edir ki, belə halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. Nəzərə alınmalıdır ki, bu kimi qanunsuz cəhdlər şəffaflığın pozulmasına və neqativ hallara şərait yaradır: “Bir daha bildiririk ki, Agentlik bir ünvandan müraciət etmək şərtilə, sahibkarları qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları ilə yalnız və yalnız fərdi “Asan imza” əsasında təmin edəcəkdir. Broker təşkilatları adı və ya hər hansı təsadüfi şəxslərin sistemə daxil olması yolu ilə müxtəlif sahibkarlar üçün sertifikatların alınması hallarına cəhd edilməsinin qarşısı alınacaq və belə hallarla rastlaşdıqda, həmin şəxslər barəsində qanunvericilik çərçivəsində hüquq-mühafizə orqanları və müvafiq təşkilatlara müraciət ediləcəkdir”.


Digər xəbərlər


Bakı–Şamaxı–Yevlax–Aşağı Güzdək yolunun tikintisinə 1,4 milyon manat ayrılıb

Prezident İlham Əliyev Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər ...

Özbəkistanda iğtişaşlar nəticəsində ölənlərin sayı açıqlanıb

Özbəkistanın Qaraqalpaqıstan muxtar respublikasında baş vermiş iğtişaşlar nəticəsində 18 nəfər həlak olub. Bu barədə Özbəkista...

Bakıda iki küçədə avtomobillərin sıxlığı yaranıb

Bakının Zərifə Əliyeva küçəsində və Neftçilər prospektində Azneft dairəsi istiqamətində avtomobillərin sıxlığı yaranıb. Bu bar...

DTX-nin saxladığı gömrükçülər barəsində həbs qətimkan tədbiri seçilib

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini...

İyulda Azərbaycanda qar yağıb

“Hazırda paytaxtda havanın orta temperaturu iqlim normasından aşağıdır. Şahdağda isə havanın temperaturu 0 dərəcə qeydə alınıb, n...

Bakıda adam oğurlayan şəxslər tutulub

Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub. Gulustan.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi...

Rusiya iyulun 15-də quru sərhədlərini açacaq

Rusiya iyulun 15-dən COVID-19-un yayılması ilə əlaqədar əvvəllər qoyulmuş sərhəd keçidi məhdudiyyətlərini ləğv edir. Bu barədə...

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən mühəndis ixtisaslı zabit heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə təl...