Azərbaycanda zob xəstəliyinin daha çox qeydə alındığı bölgələr açıqlanıb
Azərbaycanda zob xəstəliyinin ən çox hansı bölgələrdə qeydə alındığı açıqlanıb.
Gulustan.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, cərrah-endokrinoloq Azər Hümmətov məlumat verib.
Onun sözlərinə görə, bu xəstəliklə bağlı ən çox Qəbələ, Şəki, Qax, Zaqatala, Baləkən, Lənkəran, Quba və Qusardan olan vətəndaşlar müraciət edir.
Həkim qeyd olunan xəstəliklə bağlı daha çox əməliyyat göstərişi verildiyini və zəhərli zob diaqnozu qoyulduğunu bildirib.
Mütəxəssis qeyd edib ki, müraciət edənlər arasında Naxçıvandan gələn pasiyentlərin də sayı üstünlük təşkil edir. O, şimal zonasından gələn pasiyentlərdə düyünə və zəhərli zoba, Naxçıvandan gələn pasiyentlərdə isə böyük ölçülü düyünlərə rast gəlindiyini vurğulayıb.
Nazirlik rəsmisi əlavə edib ki, qalxanabənzər vəzi xəstəliklərinə daha çox qadınlar arasında rast gəlinir: “Çünki hamiləlik zamanı orqanizmə ən çox yük düşən hissə məhz qalxanabənzər vəzi olur. Azərbaycanda hər 11 zob xəstəsindən 10-u qadındır”.
Digər xəbərlər

İyulda Azərbaycanda qar yağıb
“Hazırda paytaxtda havanın orta temperaturu iqlim normasından aşağıdır. Şahdağda isə havanın temperaturu 0 dərəcə qeydə alınıb, n...

Bakıda adam oğurlayan şəxslər tutulub
Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub. Gulustan.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi...

Rusiya iyulun 15-də quru sərhədlərini açacaq
Rusiya iyulun 15-dən COVID-19-un yayılması ilə əlaqədar əvvəllər qoyulmuş sərhəd keçidi məhdudiyyətlərini ləğv edir. Bu barədə...

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında təlim keçirilib
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən mühəndis ixtisaslı zabit heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə təl...

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
İyulun 4-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış mən...

Bakı-Sumqayıt sürət qatarında texniki nasazlıq yaranıb
Bakı-Sumqayıt-Bakı sürət qatarında texniki nasazlıq nəticəsində gecikmə yaranıb. Nasazlıq qrafik üzrə 08:00-da Sumqayıt dəmiry...

Bakı yollarında vəziyyət açıqlanıb
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məluma...

Ukrayna Rusiya ordusunun itkilərini açıqlayıb
İyunun 3-də Ukraynanın cənubunda Rusiya ordusunun 47 nəfər şəxsi heyəti məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “P...