Bakı 29 ℃

USD 1.7
RUB 0.0305
EUR 1.7727
TRY 0.1015
Qızıl 3081.1905
Gümüş 33.8107

25.05.2022

Bakı metrosu iş rejimini dəyişəcək — SƏBƏB

“Bakı Metropoliteni” QSC mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə əlaqədar iş rejimini dəyişəcək.

Qurumdan verilən məlumata görə, festivalın “Bakı Kristal Zalı” və Dənizkənarı Milli Parkın ərazisində keçiriləcəyi nəzərə alınaraq metronun “28 May”, “Sahil”, “İçərişəhər” və “Nizami” stansiyaları gücləndirilmiş iş rejiminə keçəcək, əlavə işçilər ayrılmaqla xüsusi növbətçilik cədvəli tərtib olunacaq.

Tədbirin keçiriləcəyi 28 və 29 may tarixləri Azərbaycanda bayram və istirahət günləri olsa da, qatarların hərəkətinin, adi iş günlərində olduğu kimi, optimal qrafik üzrə tətbiq edilməsi qərara alınıb. Bununla yanaşı, festival günlərində də ehtiyat qatarlar daim hazır saxlanılacaq. Sərnişin axınının mümkün sıx saatları tədbirlərin proqramına uyğun müəyyən olunub. Buna müvafiq olaraq ehtiyat qatarların xəttə buraxılmasının nizamlanmış qaydası planı tərtib edilib.

“Bakmil” stansiyasına və əks istiqamətdə hərəkət cədvəli iş günləri qrafikinə uyğun tənzimlənəcək.

Festivalın təşkilat komitəsi ilə əldə olunmuş razılığa və əməkdaşlıq planına əsasən, tədbirlərin keçiriləcəyi günlərdə “28 May”, “Sahil” və “İçərişəhər” stansiyalarında ikinövbəli olmaqla, könüllülər sərnişinlərin xidmətində olacaq. Onlar metro işçiləri ilə birlikdə sərnişinlərə gediş haqqı ödənilməsi, istiqamət və səmtin müəyyən edilməsi, habelə digər faydalı məlumatların verilməsini təmin edəcəklər. Bununla əlaqədar festivalın təşkilat komitəsində fəaliyyət göstərən könüllülər arasından seçilmiş namizədlərlə təlimatlandırma işi aparılıb.


Digər xəbərlər


Özbəkistanda iğtişaşlar nəticəsində ölənlərin sayı açıqlanıb

Özbəkistanın Qaraqalpaqıstan muxtar respublikasında baş vermiş iğtişaşlar nəticəsində 18 nəfər həlak olub. Bu barədə Özbəkista...

Bakıda iki küçədə avtomobillərin sıxlığı yaranıb

Bakının Zərifə Əliyeva küçəsində və Neftçilər prospektində Azneft dairəsi istiqamətində avtomobillərin sıxlığı yaranıb. Bu bar...

DTX-nin saxladığı gömrükçülər barəsində həbs qətimkan tədbiri seçilib

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini...

İyulda Azərbaycanda qar yağıb

“Hazırda paytaxtda havanın orta temperaturu iqlim normasından aşağıdır. Şahdağda isə havanın temperaturu 0 dərəcə qeydə alınıb, n...

Bakıda adam oğurlayan şəxslər tutulub

Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub. Gulustan.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi...

Rusiya iyulun 15-də quru sərhədlərini açacaq

Rusiya iyulun 15-dən COVID-19-un yayılması ilə əlaqədar əvvəllər qoyulmuş sərhəd keçidi məhdudiyyətlərini ləğv edir. Bu barədə...

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən mühəndis ixtisaslı zabit heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə təl...

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

İyulun 4-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış mən...