Bakı 29 ℃

USD 1.7
RUB 0.0305
EUR 1.7727
TRY 0.1015
Qızıl 3081.1905
Gümüş 33.8107

25.05.2022

Heydər Əliyev Fondunun dəstəyi ilə “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və kitabı təqdim olunacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına yönələn daha bir layihə həyata keçirilib. İcrasına 2016-cı ildən başlanılan layihə çərçivəsində hazırlanan “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və eyniadlı kitab iyunun 3-də Heydər Əliyev Mərkəzində təqdim ediləcək.

Azərbaycanda xalçaçılıq sənəti əsrlər boyu xalqın məişət və mədəniyyətinin ayrılmaz hissəsi olub və bu günümüzə qədər gəlib çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırıqları və qayğısı nəticəsində Azərbaycanda xalçaçılıq sənətinin inkişafı sahəsində bir sıra mühüm sənədlər qəbul edilib, müxtəlif layihələr həyata keçirilib.

Heydər Əliyev Fondunun qədim sənətə yeni nəfəs verən kolleksiyasındakı “Yaranış”, “Şikargah”, “Xan ovu”, “Cəng və barış”, “Bəndi-rumi”, “Şəbəkəli”, “Adəm və Həvva, “Ağaclı”, “Narlı“, “Göllü”, “Ləçək-turunc”, “Dörd fəsil”, “Tağlı”, “Cəmadət” xalçaları, “Cənnət quşları” və “Cənnət bağı” dəst xalı-gəbələri bənzərsiz sənət nümunələri kimi ziyarətçilərin marağına səbəb olacaq. Kolleksiyadakı xalçaların hər biri naxışları, ornamentləri vasitəsi ilə ziyarətçiyə öz mesajlarını çatdırır. “Yaranış” əsərində isə xammalın hazırlanmasından xalçanın tam ərsəyə gəlməsinə kimi bütün mərhələlər parlaq bədii dillə öz əksini tapıb.

Yeni kolleksiyanın yaradılmasında Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadə başda olmaqla 6 rəssam və 14 toxucu iştirak edib. Təbii boyalarla rənglənən xalçalar ipək və yundan toxunub. Burada 170 rəng və çalarlardan istifadə olunub. Müxtəlif rəng çalarlarının əldə olunması üçün toxucular saç kimi nazik ipək ipləri açaraq bir neçə rəngdən yeni bir ip yaradıblar. Xalçaların ərsəyə gəlməsində ecazkar Şəki Xan Sarayı, Şəkixanovların evi, şəbəkələr, təbiətdən gələn naxışlar, zəngin flora və faunamız, təkəlduz tikmələri, zərif zərgərlik məmulatları tükənməz ilham mənbəyi olub, ilmə-ilmə xalçalarda əbədiləşərək öz əksini tapıb.

“Azərbaycan xalçası-ilmələrin rəqsi” kolleksiyasına daxil olan əsərlər barədə ətraflı məlumat isə eyniadlı kitabda yer alıb. Nəşrdə oxuculara Azərbaycanda xalça sənətinin tarixi, qədim sənətin yaşadılması üzrə dövlət tərəfindən görülən tədbirlər, yeni kolleksiyanın ərsəyə gəlməsi prosesi barədə materiallar təqdim edilir.


Digər xəbərlər


Rəsul Rzanın ev-muzeyi yaradılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetin...

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur...

Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib

Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilib. Gülüstan.info xəbər verir ki, Prezident İlham Əliyev bununla ba...

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib. Gülüstan.info xəbər verir ki, Heyd...

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı başlayıb. Toplantını Azərbaycan Yazıçılar Birli...

Bu gün “TEKNOFEST Azərbaycan” festivalı işə başlayır

Bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı işə başlayır. Tədbir 4 gün davam edəcək. “TEKNOFES...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” dəfiləsi olacaq

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçiriləc...

Azərbaycan “Avroviziya -2022”nin finalında

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. İtaliyanın...