Bakı 29 ℃

USD 1.7
RUB 0.0305
EUR 1.7727
TRY 0.1015
Qızıl 3081.1905
Gümüş 33.8107

26.05.2022

5 min nəfərə «Müharibə veteranı» adı verilməsi barədə qərar qəbul olunacaq — MN

Müdafiə Nazirliyinin (MN) tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşan və arayış-məlumatları hazır olan növbəti 5000 nəfərdən artıq vətəndaşın sənədləri «Müharibə veteranı» adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.

Gulustan.info xəbər verir ki, bu barədə MN facebok səhifəsində məlumat yayıb. Xəbərə görə, sənədləri göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları «Müharibə veteranı» adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək.

Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Qeyd olunub ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə «Müharibə veteranı» adı verilib, müraciəti daxil olmuş digər vətəndaşların Vətən müharibəsi iştirakı ilə bağlı arayış-məlumatları isə tam hazırlanıb yekunlaşdıqdan sonra baxılması və qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndəriləcək.

Bildiririk ki, hər bir vətəndaşın müraciətinə xüsusi həssaslıqla yanaşılır: «Müraciətlərin araşdırılması fərdi yanaşma və vaxt tələb etdiyindən vətəndaşlardan qarşıya çıxan qayğıları anlayışla qarşılamağı xahiş edirik».


Digər xəbərlər


Bakı–Şamaxı–Yevlax–Aşağı Güzdək yolunun tikintisinə 1,4 milyon manat ayrılıb

Prezident İlham Əliyev Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər ...

Özbəkistanda iğtişaşlar nəticəsində ölənlərin sayı açıqlanıb

Özbəkistanın Qaraqalpaqıstan muxtar respublikasında baş vermiş iğtişaşlar nəticəsində 18 nəfər həlak olub. Bu barədə Özbəkista...

Bakıda iki küçədə avtomobillərin sıxlığı yaranıb

Bakının Zərifə Əliyeva küçəsində və Neftçilər prospektində Azneft dairəsi istiqamətində avtomobillərin sıxlığı yaranıb. Bu bar...

DTX-nin saxladığı gömrükçülər barəsində həbs qətimkan tədbiri seçilib

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini...

İyulda Azərbaycanda qar yağıb

“Hazırda paytaxtda havanın orta temperaturu iqlim normasından aşağıdır. Şahdağda isə havanın temperaturu 0 dərəcə qeydə alınıb, n...

Bakıda adam oğurlayan şəxslər tutulub

Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub. Gulustan.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi...

Rusiya iyulun 15-də quru sərhədlərini açacaq

Rusiya iyulun 15-dən COVID-19-un yayılması ilə əlaqədar əvvəllər qoyulmuş sərhəd keçidi məhdudiyyətlərini ləğv edir. Bu barədə...

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən mühəndis ixtisaslı zabit heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə təl...