Bakı 30 ℃

USD 1.7
RUB 0.0305
EUR 1.7727
TRY 0.1015
Qızıl 3081.1905
Gümüş 33.8107

26.05.2022

Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb

Mayın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə görüşüb.

XİN-dən Gulustan.info-ya verilən məlumata görə, görüş zamanı Türk Dövlətləri Təşkilatı tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyət, habelə Azərbaycanın təşkilatın işində fəal iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov Türk Dövlətləri Təşkilatının zəngin gündəliyinə istinad edib və bu xüsusda, həyata keçirilən intensiv dialoqu məmnunluqla qeyd edib. O, Türk Dövlətləri Təşkilatının çətiri altında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

B.Amreyev Azərbaycana səfərindən məmnunluqla bəhs edərək dövlət başçısı ilə keçirilmiş görüşün, habelə bu çərçivədə keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin informasiya və yüksək texnologiyalar nazirlərinin toplantısının əhəmiyyətini vurğulayıb. Baş katib Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edildiyini xatırladaraq bununla əlaqədar Şuşada bir sıra mədəniyyət tədbirlərinin keçiriləcəyini bildirib. O həmçinin Türk Dövlətləri Təşkilatı tərəfindən Şamaxı şəhərinin 2023-cü il üçün Türk Dünyasının Turizm Paytaxtı seçildiyinə istinad edib və bunun Türk Dövlətləri Təşkilatı ölkələrinin turizm sahəsində əməkdaşlığının inkişafına müsbət töhfə verəcəyini bildirib.

Eyni zamanda görüşdə təşkilat tərəfindən növbəti aylarda keçirilməsi nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb.


Digər xəbərlər


Ceyhun Bayramovun Tehranda iranlı həmkarı ilə görüşü başlayıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşü başlayıb. Bu gün səhə...

İlham Əliyev 2022-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu t...

Ceyhun Bayramov İrana gedib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfərlə İran İslam Respublikasına yola düşüb. Gulustan.in...

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib

İyulun 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçiril...

Putin Təhlükəsizlik Şurası ilə operativ iclas keçirəcək

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclas keçirəcək. Gulustan.info xəbər verir ki, b...

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək

İyulun 5-də “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Ekol...

Ceyhun Bayramov Çexiya səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Milan Sedlaçekin etimadnaməsini qə...

Azərbaycan İsraillə hava əlaqələri haqqında saziş imzalayıb

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi ilə hava əlaqələri haqqın...