Bakı 20 ℃

USD 1.7
RUB 0.0279
EUR 1.754
TRY 0.0947
Qızıl 3044.734
Gümüş 34.6579

22.06.2022

Türkiyədə güclü meşə yanğını olub

Türkiyədə meşə yanğını başlayıb.

“Anadolu” xəbər verir ki, təbii hadisə Muğla əyalətində qeydə alınıb.

Marmaris rayonunda meşəlik ərazidə, üç fərqli ərazidə eyni zamanda naməlum səbəbdən yanğın başlayıb.

Qeyd edilir ki, yanğının əhatə dairəsi küləyin təsiri ilə sürətlə artır. Hazırda aidiyyəti qurumlar yanğını nəzarət altına almağa çalışır.

Yanğının söndürülməsinə Muğla Meşə Region İdarəsinin tabeliyindəki helikopterlər, inşaat texnikası və çoxlu sayda meşə təsərrüfatı işçisi cəlb olunub.

Bildirilir ki, bir çox könüllülər yanğınsöndürənlərə dəstək verirlər. Təhlükəsizlik tədbirləri çərçivəsində yanğın yerinə məmurlardan başqa heç kim buraxılmır. Məlumata görə, bölgəyə gedən bütün yollar bağlanıb.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi, daxili işlər naziri Süleyman Soylu bölgəyə gedib. Kənd təsərrüfatı və meşəçilik naziri qeyd edib ki, yanğın yerli vaxtla saat 20:02-də başlayıb. Saat 20:10-da əraziyə şəxsi heyət və xeyli sayda texnilka cəlb olunub və yanğının söndürülməsinə başlanılıb. “Hazırda yanğının söndürülməsinə 576 nəfər şəxsi heyət cəlb olunub. Bütün aidiyyəti qurumlar yanğının söndürülməsinə cəlb olunub”, — Vahid Kirişçi qeyd edib.

Burdur, Aydın, Dənizli və Antalya vilayətlərinin mütəxəssisləri yanğının baş verdiyi bölgəyə cəlb olunub.


Digər xəbərlər


Mehriban Əliyeva İsmayıllının Basqal qəsəbəsindən fotolar paylaşıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İsmayıllı rayonunun Basqal qəsəb...

İlham Əliyev və Mehriban Əliyeva “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində tikinti-bərpa işləri ilə tanış olublar

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” ...

Mehriban Əliyeva Basqal qəsəbəsinə səfərdən video paylaşıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İsmayıllı rayonunun Basqal qəsəb...

Mehriban Əliyeva Prezident İlham Əliyevlə Qobustan rayonuna səfərdən görüntülər paylaşıb

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi «İnstagram» hesabında Prezident İlham Əliyevlə Qobustan rayonuna səfərdə...

İlham Əliyev və Mehriban Əliyeva Qobustan rayonunda “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 12-də Qobustan rayonuna səfər edibl...

Mehriban Əliyeva və Leyla Əliyeva Konyada Mövlanə muzeyini ziyarət ediblər (FOTO)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avq...

İlham Əliyev: Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır

Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil.Bu dəfə V İs...

Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib - MN

Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunu...