Bakı 29 ℃

USD 1.7
RUB 0.0305
EUR 1.7727
TRY 0.1015
Qızıl 3081.1905
Gümüş 33.8107

23.06.2022

Əli Əliyev 1 il azadlıqdan məhrum edilib

Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə hökm oxunub və o, 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmdə qeyd edilib ki, Əli Əliyevin əvvəlki cəzaları birləşdirilib və ona 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Prosesdə xüsusi ittihamçı Ramiz Göyüşov iştirak etməyib.

Xatırladaq ki, Ramiz Göyüşovun bir neçə ay əvvəl sosial şəbəkələrdə intim videosu yayılıb. Bundan sonra Ramiz Göyüşov YAP-dan kənarlaşdırılıb.

VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus «Mi-17» tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.


Digər xəbərlər


Bakı–Şamaxı–Yevlax–Aşağı Güzdək yolunun tikintisinə 1,4 milyon manat ayrılıb

Prezident İlham Əliyev Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər ...

Özbəkistanda iğtişaşlar nəticəsində ölənlərin sayı açıqlanıb

Özbəkistanın Qaraqalpaqıstan muxtar respublikasında baş vermiş iğtişaşlar nəticəsində 18 nəfər həlak olub. Bu barədə Özbəkista...

Bakıda iki küçədə avtomobillərin sıxlığı yaranıb

Bakının Zərifə Əliyeva küçəsində və Neftçilər prospektində Azneft dairəsi istiqamətində avtomobillərin sıxlığı yaranıb. Bu bar...

DTX-nin saxladığı gömrükçülər barəsində həbs qətimkan tədbiri seçilib

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini...

İyulda Azərbaycanda qar yağıb

“Hazırda paytaxtda havanın orta temperaturu iqlim normasından aşağıdır. Şahdağda isə havanın temperaturu 0 dərəcə qeydə alınıb, n...

Bakıda adam oğurlayan şəxslər tutulub

Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub. Gulustan.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi...

Rusiya iyulun 15-də quru sərhədlərini açacaq

Rusiya iyulun 15-dən COVID-19-un yayılması ilə əlaqədar əvvəllər qoyulmuş sərhəd keçidi məhdudiyyətlərini ləğv edir. Bu barədə...

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən mühəndis ixtisaslı zabit heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə təl...