Bakı 29 ℃

USD 1.7
RUB 0.0305
EUR 1.7727
TRY 0.1015
Qızıl 3081.1905
Gümüş 33.8107

24.06.2022

FHN paytaxtda klinikanın fəaliyyətini məhdudlaşdırıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, 18 ünvanında yerləşən “Buta” klinikasında aparılmış yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Bu barədə Gulustan.info-ya nazirlikdən məlumat verilib.

Belə ki:

— yanğınların söndürülməsi üçün normaya uyğun yanğın su hovuzu inşa edilməyib;

— obyektin bəzi sahələrində elektrik təchizatı və elektrik qurğuları müvafiq qaydaların tələblərinə uyğun quraşdırılmayıb, elektrik təsərrüfatı və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülməyib;

— yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq, binaya yaxın məsafədə oksigen balonlarının saxlanılmasına yol verilir;

— binanın fasad hissəsində yanğın təhlükəsizliyinə dair uyğunluq sertifikatları təqdim edilmədən alkapon üzlük materiallarından istifadə edilib;

— insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmayıb;

— obyek ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam təmin olunmayıb;

— yanğına qarşı sistem və qurğular nasaz vəziyyətdədir;

— təxliyə çıxışları tikinti-layihə normalarının tələblərinə uyğun quraşdırılmayıb;


Digər xəbərlər


Bakı–Şamaxı–Yevlax–Aşağı Güzdək yolunun tikintisinə 1,4 milyon manat ayrılıb

Prezident İlham Əliyev Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər ...

Özbəkistanda iğtişaşlar nəticəsində ölənlərin sayı açıqlanıb

Özbəkistanın Qaraqalpaqıstan muxtar respublikasında baş vermiş iğtişaşlar nəticəsində 18 nəfər həlak olub. Bu barədə Özbəkista...

Bakıda iki küçədə avtomobillərin sıxlığı yaranıb

Bakının Zərifə Əliyeva küçəsində və Neftçilər prospektində Azneft dairəsi istiqamətində avtomobillərin sıxlığı yaranıb. Bu bar...

DTX-nin saxladığı gömrükçülər barəsində həbs qətimkan tədbiri seçilib

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini...

İyulda Azərbaycanda qar yağıb

“Hazırda paytaxtda havanın orta temperaturu iqlim normasından aşağıdır. Şahdağda isə havanın temperaturu 0 dərəcə qeydə alınıb, n...

Bakıda adam oğurlayan şəxslər tutulub

Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub. Gulustan.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi...

Rusiya iyulun 15-də quru sərhədlərini açacaq

Rusiya iyulun 15-dən COVID-19-un yayılması ilə əlaqədar əvvəllər qoyulmuş sərhəd keçidi məhdudiyyətlərini ləğv edir. Bu barədə...

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən mühəndis ixtisaslı zabit heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə təl...