Bakı 22 ℃

USD 1.7
RUB 0.0277
EUR 1.7426
TRY 0.0947
Qızıl 3050.718
Gümüş 35.0623

24.06.2022

Vilayət Eyvazov Bolqarıstan prezidenti ilə görüşüb

Bolqarıstan Respublikasının daxili işlər naziri Boyko Raşkovun dəvəti ilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə iki günlük rəsmi səfərdə olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, iyunun 23-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev daxili işlər naziri Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş olduğunu söyləyən ölkə rəhbəri dövlətlərimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. O, iki ölkə arasındakı dostluq münasibətlərini və Sofiya ilə Bakı arsında ümumi maraq doğuran bir sıra sahələrdə strateji dialoqu yüksək qiymətləndirib, cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın təşviqinin Bolqarıstanın Azərbaycanla tərəfdaşlığının yüksəldilməsi üçün mühüm amil olduğunu bildirib.

Beynəlxalq arenada hər iki dövlətin bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, olduqca mürəkkəb regionda yerləşməsinə baxmayaraq cənab İlham Əliyevin liderliyi altında respublikanın son illər böyük uğurlara imza atdığını deyən cənab Rumen Radev Azərbaycanın öz milli maraqlarına xidmət edən müstəqil siyasət apardığını, dünyada nüfuzunun günü-gündən artdığını vurğulayıb, səmimi salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırmağı xahiş edib.
Göstərilən diqqətə, Azərbaycan haqqında xoş sözlərinə, dəyərli fikirlərinə, eləcə də nümayəndə heyətini qəbul etdiyinə görə Bolqarıstan Prezidenti cənab Rumen Radevə təşəkkkürünü bildirən daxili işlər naziri Vilayət Eyvazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Bolqarıstan Prezidentinin diqqətinə çatdırıb.

Daha sonra Bolqarıstan Respublikasının daxili işlər naziri Boyko Raşkovla general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı mövcud əlaqələr yüksək qiymətləndirilib, əməkdaşlığın bütün istiqamətlər üzrə bundan sonra daha da möhkəmlənəcəyinə və inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Daxili işlər və təhlükəsizlik sahəsində ikitərəfli əlaqələrin inkişafı və dərinləşməsi imkanları, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizənin diqqət mərkəzində dayandığı, yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının vacibliyi vurğulanıb.

Ölkələrimiz arasında tarixi dostluq əlaqələrinin inkişafını qeyd edən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bolqarıstana səfərindən məmnunluğunu ifadə edərək səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib. O, bolqarıstanlı həmkarları ilə əməkdaşlığa, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, terrorçuluq, kibercinayətkarlıq, insan alveri, narkotik vasitələrin qeyri-leqal dövriyyəsi, qanunsuz miqrasiya sahəsində təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib.

Sonda daxili işlər nazirləri “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə Bolqarıstan Respublikası Daxili İşlər Nazirliyinin Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalayıblar. Qeyd olunub ki, bu Memorandum tədris sahəsində qabaqcıl təcrübə mübadiləsinin imkanlarını genişləndirəcək və polis əməkdaşlarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verəcək.


Digər xəbərlər


İlham Əliyev Qırğızıstan Nazirlər Kabinetinin sədr müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt ...

İlham Əliyev və Mehriban Əliyeva Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keç...

Şuşada Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb

Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin Şuşa sessiyası işə başlayıb. Bu barədə Gulustan.info-ya Azərbaycan Xarici İşlər ...

Belarus Britaniyadakı səfirini geri çağırıb

Belarus Böyük Britaniyadakı səfirini geri çağırıb. Bu barədə Belarus mətbuatı XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki,...

Kuleba: “Qərb Ukraynanı Rusiya ilə danışıqlara təhrik edir”

Kiyevin bir sıra Qərb tərəfdaşları qış yaxınlaşdıqca Rusiya ilə danışıqlar məsələsində maraqlı olub. Bu barədə Ukraynanın xari...

XİN rəhbəri: Azərbaycan Qoşulmama Hərəkatının fəallığını təmin edib

«Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik müddətinin uzadılması uğurlu işin göstəricisidir». Gulustan.info-nun xəb...

Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

“Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək”. Bu açıqlama ilə Türkiyə xarici işlər naziri Möv...

Ərdoğan Gürcüstana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstana səfəri gözlənilir. Bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ...