Bakı 23 ℃

USD 1.7
RUB 0.0277
EUR 1.7426
TRY 0.0947
Qızıl 3050.718
Gümüş 35.0623

25.06.2022

Çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıblar — SHXÇDX

İyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 25-də SMS vasitəsilə məlumatlandırılıblar.

Bu barədə Gulustan.info-ya Dövlət Xidmətindən məlumat verilib.

Vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Bununla yanaşı müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə edə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur.

Qeyd edək ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan öncə — dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncam imzalayıb. 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları sərəncama əsasən 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.


Digər xəbərlər


Səlim Müslümov dövlətə 27 milyon manat ziyan vurub - İTTİHAM AKTI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Bu gün Bakı Ağır ...

Şahdağ Milli Parkında yanğın başlayıb

Şabranın ucqar Dağbilici kəndində yanğın başlayıb. Dağlıq ərazidə biçilmiş əkin sahələri yanır. Yanğının söndürülməsi üçün...

Verona Avrasiya İqtisadi Forumu Bakıda keçiriləcək

Bakıda 15-ci Verona Avrasiya İqtisadi Forumu keçiriləcək. Tədbir 27-28 oktyabrda baş tutacaq. “2022-ci ildə Böyük Avrasiyad...

Cüdoçumuz finalına yüksəlib

Azərbaycan cüdoçusu Balabəy Ağayev V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. O, Türkmənistanlı idmançıya qalib gəlib. ...

Ermənilər Laçında meşəyə od vurub (VİDEO)

Bir neçə gündür ki, sosial şəbəkələrdə ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videolar yayılır....

ETSN isti hava ilə əlaqədar xəbərdarlıq edib

“Son günlər dünyada, eləcə də, ölkəmizdə temperaturun daha da yüksəlməsi, iqlim şəraitində quraqlığın müşahidə olunması təbiət ər...

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Otar hərbi bazasında keçirilən “Artilleriya atə...

Baş Prokurorluq məlumat yayıb

Quba Rayon Prokuorurğu sağ şəxsin ölmüş elan edilməsi ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Gulustan.info-ya Baş Prokuro...