Bakı 20 ℃

USD 1.7
RUB 0.0279
EUR 1.754
TRY 0.0947
Qızıl 3044.734
Gümüş 34.6579

01.07.2022

Ərdoğandan İsveç və Finlandiyaya MESAJ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyada keçirilən NATO sammitinin sonunda media nümayəndələrinə müsahibə verib.

O qeyd edib ki, hazırda İsveç və Finlandiya NATO-nun üzvü deyil.

“Bu bilinməlidir. Amma bu məsələdən bixəbər olanlar düşünürlər ki, bu iki ölkə artıq NATO üzvü olub. Xeyr, belə bir şey yoxdur. Onun üçün təlaşa ehtiyac yoxdur. Bu işdən xəbəri olanlar bu prosesin necə izləndiyini və ya izlənəcəyini çox yaxşı bilirlər. Bu baxımdan biz dostlarımızla bu danışıqları apardığımız kimi, eyni qətiyyətlə davam edəcəyik. Növbəti proses xüsusilə İsveç və Finlandiyaya aiddir. Hər hansı bir səhv və s. olarsa, keçərli sənədlərimiz var və lazım olanı edərik”, — deyə Türkiyə lideri vurğulayıb.

Ərdoğan İsveçin vəd etdiyi terrorçuların geri qaytarılması barədə də danışıb:

“İndi bu mövzuda vədlər verilir. Məsələn, İsveç bizə 73 terrorçu göndərəcək. İndi 3-4-nü göndəriblər. Amma bunlar bizim üçün kifayət deyil. Təbii ki, bizim Ədliyyə Nazirliyimiz, Xarici İşlər Nazirliyimiz, Milli Kəşfiyyat Təşkilatımız onları yaxından izləyəcək və deyəcəklər ki, bu terrorçuları göndərin. Bütün bunlar indi bizim tələblərimiz kimi göz qabağındadır. Bunlar gəlməsə, biz istənilən vaxt qurum və bölmələrimiz vasitəsilə lazım olanı etməyə davam edəcəyik”.


Digər xəbərlər


Mehriban Əliyeva İsmayıllının Basqal qəsəbəsindən fotolar paylaşıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İsmayıllı rayonunun Basqal qəsəb...

İlham Əliyev və Mehriban Əliyeva “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində tikinti-bərpa işləri ilə tanış olublar

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” ...

Mehriban Əliyeva Basqal qəsəbəsinə səfərdən video paylaşıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İsmayıllı rayonunun Basqal qəsəb...

Mehriban Əliyeva Prezident İlham Əliyevlə Qobustan rayonuna səfərdən görüntülər paylaşıb

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi «İnstagram» hesabında Prezident İlham Əliyevlə Qobustan rayonuna səfərdə...

İlham Əliyev və Mehriban Əliyeva Qobustan rayonunda “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 12-də Qobustan rayonuna səfər edibl...

Mehriban Əliyeva və Leyla Əliyeva Konyada Mövlanə muzeyini ziyarət ediblər (FOTO)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avq...

İlham Əliyev: Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır

Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil.Bu dəfə V İs...

Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib - MN

Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunu...