Bakı 23 ℃

USD 1.7
RUB 0.0277
EUR 1.7426
TRY 0.0947
Qızıl 3050.718
Gümüş 35.0623

01.07.2022

Azərbaycan İsraillə hava əlaqələri haqqında saziş imzalayıb

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi ilə hava əlaqələri haqqında saziş imzalayıb.

Məlumata görə, sənədə nazir Rəşad Nəbiyevin İsrailə işgüzar səfəri çərçivəsində imza atılıb. Saziş Azərbaycan və İsrail vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq, turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək. İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri xanım Merav Miçaeli iki ölkə arasında yüksələn xətlə inkişaf edən əlaqələrdən məmnunluğunu ifadə edərək hava əlaqələri haqqında sazişi yüksək qiymətləndirib. Görüş zamanı İsrail və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda səfər çərçivəsində İsrailin turizm naziri, İsrail – Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri Konstantin Yoel Razvozovla görüş keçirilib. Görüşdə turizm sahəsində potensial əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edən nazir Rəşad Nəbiyev ötən il İsraildə açılmış Azərbaycan Ticarət və Turizm Nümayəndəliyinin fəaliyyətini təqdir edib. Erməni işğalından azad edilmiş ərazilərdə nəqliyyat və logistika sahələrində həyata keçirilən iri miqyaslı layihələrdən və Zəngəzur dəhlizinin açılmasından danışan nazır Qarabağ regionunun turizm imkanlarından da bəhs edib.

Konstantin Yoel Razvozov bildirib ki, bu il İsraillə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. Azərbaycanla son iki ildə əməkdaşlıq və strateji tərəfdaşlıq yeni müstəviyə qədəm qoyub. Bu gün əməkdaşlıq istiqamətlərinə təhlükəsizlik, kənd təsərrüfatı, enerji, su təchizatı, səhiyyə, eləcə də turizm kimi mühüm sahələr daxildir. İsrailin turizm naziri bütün sahələrdə tərəfdaşlığı daha fəal şəkildə inkişaf etdirməyin vacibliyini vurğulayıb.

Səfər zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış “Technion” Texnologiya İnstitutu arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən yaradılacaq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi növbəti 3 il ərzində 1000-dən çox peşəkar mütəxəssisin hazırlanmasını həyata keçirəcək. Bu proqram çərçivəsində tədris Bakıda “Technion” Texnologiya İnstitutunun professor-müəllim heyəti tərəfindən aparılacaq. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əsas üstünlüklərindən biri kibertəhlükəsizlik üzrə mütəxəssislərlə yanaşı, yerli təlimçilərin hazırlanmasıdır.

Həmçinin nazir Rəşad Nəbiyev İsrail Rəqəmsal İşlər Qurumunun icraçı direktoru Dror Binlə görüşüb. Görüşdə “Hökumət buludu”, “Elektron hökumət” istiqamətlərində müzakirələr aparılıb, İsrail tərəfi bu sahədə öz təcrübəsini bölüşüb.

İsrailin Kosmik Agentliyinin direktoru Uri Oronla keçirilən görüşdə isə “Azərkosmos”la əməkdaşlıq çərçivəsində İsrail şirkətlərinə Avropa, Yaxın Şərq və Afrika regionu üzrə göstərilən yayım təminatı dəstəyi barədə danışılıb. Görüşdə İsrailin kosmik elm sənayesi və elmi tədqiqat mərkəzləri ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

İsrail agentlikləri və şirkətləri 2023-cü ildə Bakı şəhərində keçiriləcək Beynəlxalq Astronavtika Konqresində yaxından iştiraka dəvət edilib.


Digər xəbərlər


İlham Əliyev Qırğızıstan Nazirlər Kabinetinin sədr müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt ...

İlham Əliyev və Mehriban Əliyeva Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keç...

Şuşada Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb

Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin Şuşa sessiyası işə başlayıb. Bu barədə Gulustan.info-ya Azərbaycan Xarici İşlər ...

Belarus Britaniyadakı səfirini geri çağırıb

Belarus Böyük Britaniyadakı səfirini geri çağırıb. Bu barədə Belarus mətbuatı XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki,...

Kuleba: “Qərb Ukraynanı Rusiya ilə danışıqlara təhrik edir”

Kiyevin bir sıra Qərb tərəfdaşları qış yaxınlaşdıqca Rusiya ilə danışıqlar məsələsində maraqlı olub. Bu barədə Ukraynanın xari...

XİN rəhbəri: Azərbaycan Qoşulmama Hərəkatının fəallığını təmin edib

«Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik müddətinin uzadılması uğurlu işin göstəricisidir». Gulustan.info-nun xəb...

Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

“Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək”. Bu açıqlama ilə Türkiyə xarici işlər naziri Möv...

Ərdoğan Gürcüstana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstana səfəri gözlənilir. Bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ...