Bakı 22 ℃

USD 1.7
RUB 0.0277
EUR 1.7426
TRY 0.0947
Qızıl 3050.718
Gümüş 35.0623

01.07.2022

Azərbaycanda meymunçiçəyi virusunun diaqnostika və müalicəsi üzrə klinik protokol hazırlanıb

Azərbaycan Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol hazırlayıb.

İSİM-dən Gulustan.info-ya verilən məlumata görə, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının müvafiq qərarı ilə təsdiq edilmiş bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub.

Protokolun tərtibatında İSİM-in, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Strateji inkişaf departamentinin, Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının mütəxəssisləri iştrak edib.

Qeyd edək ki, bu virus insanlarda və heyvanlarda meymunçiçəyi xəstəliyinə səbəb olan ikiqat zəncirli DNT virusudur. İlk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da olub. Avropada ilk təsdiqlənmiş yoluxma halı 2022-ci ilin may ayında qeydə alınıb.


Digər xəbərlər


Səlim Müslümov dövlətə 27 milyon manat ziyan vurub - İTTİHAM AKTI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Bu gün Bakı Ağır ...

Şahdağ Milli Parkında yanğın başlayıb

Şabranın ucqar Dağbilici kəndində yanğın başlayıb. Dağlıq ərazidə biçilmiş əkin sahələri yanır. Yanğının söndürülməsi üçün...

Verona Avrasiya İqtisadi Forumu Bakıda keçiriləcək

Bakıda 15-ci Verona Avrasiya İqtisadi Forumu keçiriləcək. Tədbir 27-28 oktyabrda baş tutacaq. “2022-ci ildə Böyük Avrasiyad...

Cüdoçumuz finalına yüksəlib

Azərbaycan cüdoçusu Balabəy Ağayev V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. O, Türkmənistanlı idmançıya qalib gəlib. ...

Ermənilər Laçında meşəyə od vurub (VİDEO)

Bir neçə gündür ki, sosial şəbəkələrdə ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videolar yayılır....

ETSN isti hava ilə əlaqədar xəbərdarlıq edib

“Son günlər dünyada, eləcə də, ölkəmizdə temperaturun daha da yüksəlməsi, iqlim şəraitində quraqlığın müşahidə olunması təbiət ər...

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Otar hərbi bazasında keçirilən “Artilleriya atə...

Baş Prokurorluq məlumat yayıb

Quba Rayon Prokuorurğu sağ şəxsin ölmüş elan edilməsi ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Gulustan.info-ya Baş Prokuro...