Bakı 24 ℃

USD 1.7
RUB 0.0277
EUR 1.7426
TRY 0.0947
Qızıl 3050.718
Gümüş 35.0623

01.07.2022

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək

İyulun 5-də “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Gulustan.info-ya bildirib ki, Xəzəryanı ölkələrin mütəxəssislərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və xarici ekspertlərin iştirakı ilə konfransda Xəzər dənizinin səviyyə tərəddüdləri və azalma səbəbləri, regional uyğunlaşma tədbirlərinin hazırlanması, birgə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

“Eyni zamanda, iqlim dəyişmələri üzrə hökümətlərarası ekspert qrupunun bu ilin iyun ayında Bonn şəhərində İqlim Dəyişmələri üzrə Çərçivə Konveniyasının Elmi və Texniki aspektlər üzrə Yardımçı Təşkilatının 56-ci sessiyasında təqdim etdiyi qiymətləndirmə hesabatının nəticələri, son onillikdə iqlim dəyişmələri tempinin artması və gələcəkdə gözlənilən tərəddüdlərə dair aparılan araşdırmalar ətrafında fikir mübadiləsi aparılacaq.

Xidmət rəisi qeyd edib ki, Xəzər dənizinin səviyyə tərəddüdlərinə dair orta və uzunmüddətli müxtəlif proqnoz-ssenarilər mövcuddur. Bu baxımdan, daha realist ssenarinin seçilməsi, buna uyğun Xəzər dənizinin sahilyanı əraziləri üçün Uyğunlaşma Planının hazırlarmasında regional yanaşmanın tətbiq edilməsi sahəsində birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məsələsinə baxılacaq.


Digər xəbərlər


İlham Əliyev Qırğızıstan Nazirlər Kabinetinin sədr müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt ...

İlham Əliyev və Mehriban Əliyeva Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keç...

Şuşada Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb

Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin Şuşa sessiyası işə başlayıb. Bu barədə Gulustan.info-ya Azərbaycan Xarici İşlər ...

Belarus Britaniyadakı səfirini geri çağırıb

Belarus Böyük Britaniyadakı səfirini geri çağırıb. Bu barədə Belarus mətbuatı XİN-ə istinadən məlumat yayıb. Bildirilib ki,...

Kuleba: “Qərb Ukraynanı Rusiya ilə danışıqlara təhrik edir”

Kiyevin bir sıra Qərb tərəfdaşları qış yaxınlaşdıqca Rusiya ilə danışıqlar məsələsində maraqlı olub. Bu barədə Ukraynanın xari...

XİN rəhbəri: Azərbaycan Qoşulmama Hərəkatının fəallığını təmin edib

«Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik müddətinin uzadılması uğurlu işin göstəricisidir». Gulustan.info-nun xəb...

Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək

“Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək”. Bu açıqlama ilə Türkiyə xarici işlər naziri Möv...

Ərdoğan Gürcüstana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Gürcüstana səfəri gözlənilir. Bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ...