Bakı 20 ℃

USD 1.7
RUB 0.0279
EUR 1.754
TRY 0.0947
Qızıl 3044.734
Gümüş 34.6579

01.07.2022

Zelenskidən Avropaya XƏBƏRDARLIQ

Əgər Ukrayna taxıl ixracı üçün limanları açmasa, o zaman Avropa miqrasiya sunamisinə məruz qala bilər.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Vyanada keçirilən rəqəmsal texnologiyalar və media “4Gamechangers” festivalında çıxışı zamanı deyib.

“Əgər bu aclıq təhlükəsi aradan qaldırılmasa, Qara dənizin blokadası dərhal açılmasa, o zaman ərzaq böhranının nəticəsi elə bir miqrasiya sunamisi olacaq ki, Avstriya hələ dənizdən uzaqda olsa da, sizə də çatacaq”, — deyə o bildirib.

Zelenski qeyd edib ki, Rusiya Ukraynanı işğal etməklə Qara dənizi bağlayaraq genişmiqyaslı aclıq təhlükəsi yaradıb və hazırda Afrika, Asiya və Avropa da daxil olmaqla milyonlarla insanı girov saxlayır.

O, Avropanın Rusiya qazından asılılığını da xatırladıb:

“Sadəcə, yanacağın, qazın və s.-nin qiymətlərinə baxın. Nə baş verir? Bazarlar Rusiya şirkətlərindən, “Qazprom”dan və Rusiya neft tədarükçülərindən çox asılıdır.

Bu o deməkdir ki, avropalıların pul kisəsi bir dövlətin onlardan nə qədər çıxarmaq istəməsindən çox asılıdır”.

O əlavə edib ki, bir dövlət Avropada, hətta dünyada hər kəsin həyatını poza bilməz.

“İllərdir deyilir ki, Avropa Rusiyanın enerji resurslarından asılı olmamalıdır. Növbəti qışın fəlakətli olmaması üçün bu il biz bunu etməliyik”, — deyə Zelenski vurğulayıb.

Bundan əlavə, o xatırladıb ki, Rusiya Federasiyası enerji resursları üçün bütün demokratik ölkələrin birliyinə qarşı pul xərcləyir.

“O, bütün qitə üçün parçalanmaların və dezinformasiyaların, anti-Avropa siyasi hərəkatlarının və problemlərin sponsorudur. Demokratik dünyaya qarşı istifadə olunan bu pul axını bu il dayandırılmalıdır. Əks halda, demokratiyaya nifrət edən hər kəs anlayacaq ki, demokratik dünya özünü müdafiə edə bilmir”, — deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti bir daha bəyan edib ki, tərəfdaşlar Rusiyaya qarşı sanksiya siyasətini gücləndirməli və qələbə üçün silahlanmaya kömək etməlidirlər.


Digər xəbərlər


Mehriban Əliyeva İsmayıllının Basqal qəsəbəsindən fotolar paylaşıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İsmayıllı rayonunun Basqal qəsəb...

İlham Əliyev və Mehriban Əliyeva “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində tikinti-bərpa işləri ilə tanış olublar

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” ...

Mehriban Əliyeva Basqal qəsəbəsinə səfərdən video paylaşıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İsmayıllı rayonunun Basqal qəsəb...

Mehriban Əliyeva Prezident İlham Əliyevlə Qobustan rayonuna səfərdən görüntülər paylaşıb

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi «İnstagram» hesabında Prezident İlham Əliyevlə Qobustan rayonuna səfərdə...

İlham Əliyev və Mehriban Əliyeva Qobustan rayonunda “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 12-də Qobustan rayonuna səfər edibl...

Mehriban Əliyeva və Leyla Əliyeva Konyada Mövlanə muzeyini ziyarət ediblər (FOTO)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avq...

İlham Əliyev: Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır

Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil.Bu dəfə V İs...

Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib - MN

Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunu...