Bakı 24 ℃

USD 1.7
RUB 0.0277
EUR 1.7426
TRY 0.0947
Qızıl 3050.718
Gümüş 35.0623

05.07.2022

1930-cu illərdə Şuşada toxunan xalça Milli Xalça Muzeyinə hədiyyə olunub

İyulun 6-da, saat 17:00-da Azərbaycan Milli Xalça Muzeyində Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, ölkəmizin ilk ombudsmanı, professor Elmira Süleymanovanın muzeyin Şuşa filialına hədiyyə etdiyi “Ləmpə” xalçasının təqdimatı keçiriləcək.

Azərbaycan Milli Xalça Muzeyindən Gulustan.info-ya verilən məlumata görə, bu sənət nümunəsi 1930-cu illərdə Şuşada toxunub.

Belə xalçaların ilk nümunələri XIX əsrin əvvəllərindən Şuşa şəhərində toxunmağa başlanılıb. “Şuşa” adı ilə də tanınan bu cür xalçalar imarət və sarayların bəzənməsində istifadə olunurdu. “Ləmpə” xalçası sonralar Qarabağda dəst xalı-gəbə kimi geniş yayılıb. Bu xalça dəstləri iki yan (kənarə) və bir orta xalıdan ibarətdir. Təqdim olunan xalça isə dəst xalı-gəbənin kənarəsidir.

“Ləmpə” xalçasını bəzəyən stilizə olunmuş gül-çiçək, xarıbülbül, yarpaq naxışları Qarabağın təbiətinə xas olan ecazkar gözəlliklərlə yanaşı, burada yaşayan insanların estetik zövqünü də ifadə edir. Dünya muzeylərində və müxtəlif kolleksiyalarda qorunan bu cür unikal xalçalar indiyədək öz şöhrətini qoruyub saxlayır.

Qeyd edək ki, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində son illərdə muzeyimizə müxtəlif təşkilatlar, o cümlədən, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, azərbaycanlı və xarici xeyriyyəçilər, kolleksionerlər tərəfindən tarixi və bədii əhəmiyyətli xalçalar hədiyyə edilib. Hazırda təqdim edilən “Ləmpə” xalçası da dəyərli hədiyyə kimi, Şuşa filialının kolleksiyasını zənginləşdirən daha bir sənət əsəridir.


Digər xəbərlər


Muğam Televiziya Müsabiqəsinin finalı və qala-konserti Şuşada keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keç...

Azərbaycan və İsrail birgə film çəkir

Azərbaycanda Oğuz rayonunun dağ yəhudiləri ilə bağlı “Oğuz yəhudiləri” adlı yeni sənədli filmin çəkilişlərinə başlanılıb. Azər...

II Milli Yaylaq Festivalı keçiriləcək

İyulun 29-31-də Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda ...

“Avroviziya-2023” Britaniyada keçiriləcək - RƏSMİ

Avroviziya mahnı müsabiqəsinin 2023-cü ildə Böyük Britaniyada keçirilməsi rəsmiləşib. Gulustan.info xəbər verir ki, bu barədə ...

Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət pay...

Makron Azərbaycanın əməkdar artistini “Fəxri Legion” ordeni ilə təltif edib

Fransa Prezidenti Emmanuel Makronun 13 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan əsilli tanınmış müsiqiçi Adilə Əliyeva ölkə...

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərənc...

Şuşada Vaqif Poeziya Günləri başlayıb

İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilat...