Bakı 23 ℃

USD 1.7
RUB 0.0277
EUR 1.7426
TRY 0.0947
Qızıl 3050.718
Gümüş 35.0623

05.07.2022

“Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)

İyulun 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

Birlikdən Gulustan.info-ya bildirilib ki, yenilənmiş həyət Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 10a, 12, 14, 16 ünvanlarında 1000 nəfərdən çox sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 9 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, elektrik sistemi, qaz, su və istilik xəttləri yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 230 ədəd müxtəlif cinsli ağaclar və minlərlə kollar əkilib, 4000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında adi daşsarmaşığı və digər sarmaşan birkilər əkməklə “yaşıl səddlər” (green barriers) yaradılıb.

Qeyd edilməlidir ki, hava çirkləndirilməsinin azaldılmasında vacib rol oynayan yaşıllıqların ekoloji faydası ilə yanaşı ictimai sağlamlığın qorunması baxımdan da əhəmiyyətini nəzərə alaraq, IDEA şəhər yerlərində, xüsusən həyətlər, istirahət zonaları və təhsil müəssisələrindəki ağacəkmə aksiyaları çərçivəsində “yaşıl səddlərin” yaradılması təşəbbüsünə başlayıb. Yaşıl səddlər adi daşsarmaşığı kimi sarmaşan, sıx bitən və havadakı zərərli toz hissəciklərini effektiv şəkildə tutub-saxlaya bilən bitki növlərindən ibarətdir. Belə səddlərin əsasən ictimai yerlərin perimetrində, müvafiq olaraq hasarlar, söhbətgahlar və binaların üzərində əkilməsi nəzərdə tutulur ki, bunlar iynəyarpaqlı, həmişəyaşıl ağaclarla və digər bitkilərlə yanaşı hava çirklənməsinin əhəmiyyətli dərəcədə azaldılmasına töhfə verəcək.

“Bizim Həyət” layihəsi çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.


Digər xəbərlər


Səlim Müslümov dövlətə 27 milyon manat ziyan vurub - İTTİHAM AKTI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Bu gün Bakı Ağır ...

Şahdağ Milli Parkında yanğın başlayıb

Şabranın ucqar Dağbilici kəndində yanğın başlayıb. Dağlıq ərazidə biçilmiş əkin sahələri yanır. Yanğının söndürülməsi üçün...

Verona Avrasiya İqtisadi Forumu Bakıda keçiriləcək

Bakıda 15-ci Verona Avrasiya İqtisadi Forumu keçiriləcək. Tədbir 27-28 oktyabrda baş tutacaq. “2022-ci ildə Böyük Avrasiyad...

Cüdoçumuz finalına yüksəlib

Azərbaycan cüdoçusu Balabəy Ağayev V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. O, Türkmənistanlı idmançıya qalib gəlib. ...

Ermənilər Laçında meşəyə od vurub (VİDEO)

Bir neçə gündür ki, sosial şəbəkələrdə ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videolar yayılır....

ETSN isti hava ilə əlaqədar xəbərdarlıq edib

“Son günlər dünyada, eləcə də, ölkəmizdə temperaturun daha da yüksəlməsi, iqlim şəraitində quraqlığın müşahidə olunması təbiət ər...

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Otar hərbi bazasında keçirilən “Artilleriya atə...

Baş Prokurorluq məlumat yayıb

Quba Rayon Prokuorurğu sağ şəxsin ölmüş elan edilməsi ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Gulustan.info-ya Baş Prokuro...