Bakı 24 ℃

USD 1.7
RUB 0.0277
EUR 1.7426
TRY 0.0947
Qızıl 3050.718
Gümüş 35.0623

05.07.2022

Qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq — SİYAHI

“Kənddən Şəhərə” layihəsi çərçivəsində Bakı və Sumqayıt ərazisində Qurban bayramı ilə əlaqədar olaraq qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyindən Gulustan.info-ya verilən məlumata görə, yarmarkasının təşkilində əsas məqsəd vətəndaşların qurbanlıq qoyunlara artan tələbatını ödəmək, alternativ qurbanlıq seçimi imkanlarını artırmaq və onlayn xidmətlərdən istifadəni təşviq etməkdir. Qurbanlıqların onlayn şəkildə sifarişi qurbanliq.kendden.az elektron portalı vasitəsilə həyata keçiriləcək. Elektron portal 5 iyuldan etibarən vətəndaşların istifadəsinə veriləcək.

Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar qurbanliq.kendden.az saytına daxil olaraq 5 iyul 18:00-dan 8 iyul 18:00-dək şəxsi məlumatlarını mövcud xanalar üzrə qeyd edə və satış məntəqələri üçün onlayn növbə götürə bilərlər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürmək istədikləri məntəqə ünvanlarını, tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq iki kateqoriyada vətəndaşlara təklif olunur. Sifariş edilən qurbanlığın dəyəri diri çəkidə hər kiloqram üçün müəyyən olunmuş məbləğdə hesablanaraq ödəniləcək. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdikləri zaman portal üzərindən, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman ödəyəcəklər. Qurbanlıqlar yalnız diri formada vətəndaşlara təqdim olunacaq.

Vətəndaşların sifarişi qəbul edildikdən sonra onların mobil telefonuna sifarişin təsdiq edilməsi barədə SMS-bildiriş göndəriləcək. Daha sonra vətəndaşlar seçdikləri tarix və saatda müvafiq ünvana yaxınlaşaraq mobil telefonlarına göndərilmiş təsdiq bildirişini göstərməklə sifariş etdikləri qurbanlığı əldə edə biləcəklər.

Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt ərazisində aşağıda qeyd edilən satış məntəqələrindən götürə biləcəklər:

Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 52C

Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, 26

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan yolu 22

Səbail rayonu, Gülbala Əliyev küçəsi, 20

Xətai rayonu, İnqilab İsmayılov küçəsi (5 saylı binanın arxası)

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 (“İnşaatçılar metro stansiyasının yaxınlığı)

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 110H

Sumqayıt şəhəri, Çerkassi küçəsi, 53-cü məhəllə


Digər xəbərlər


Səlim Müslümov dövlətə 27 milyon manat ziyan vurub - İTTİHAM AKTI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Bu gün Bakı Ağır ...

Şahdağ Milli Parkında yanğın başlayıb

Şabranın ucqar Dağbilici kəndində yanğın başlayıb. Dağlıq ərazidə biçilmiş əkin sahələri yanır. Yanğının söndürülməsi üçün...

Verona Avrasiya İqtisadi Forumu Bakıda keçiriləcək

Bakıda 15-ci Verona Avrasiya İqtisadi Forumu keçiriləcək. Tədbir 27-28 oktyabrda baş tutacaq. “2022-ci ildə Böyük Avrasiyad...

Cüdoçumuz finalına yüksəlib

Azərbaycan cüdoçusu Balabəy Ağayev V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. O, Türkmənistanlı idmançıya qalib gəlib. ...

Ermənilər Laçında meşəyə od vurub (VİDEO)

Bir neçə gündür ki, sosial şəbəkələrdə ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videolar yayılır....

ETSN isti hava ilə əlaqədar xəbərdarlıq edib

“Son günlər dünyada, eləcə də, ölkəmizdə temperaturun daha da yüksəlməsi, iqlim şəraitində quraqlığın müşahidə olunması təbiət ər...

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Otar hərbi bazasında keçirilən “Artilleriya atə...

Baş Prokurorluq məlumat yayıb

Quba Rayon Prokuorurğu sağ şəxsin ölmüş elan edilməsi ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Gulustan.info-ya Baş Prokuro...