Bakı 23 ℃

USD 1.7
RUB 0.0277
EUR 1.7426
TRY 0.0947
Qızıl 3050.718
Gümüş 35.0623

13.07.2022

Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib

Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib.

Gulustan.info xəbər verir ki, “Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək.

Buna qədər litri 1,6 manatdan satılan benzinin qiymətinin artmasına səbəb isə dünya bazarlarında müşahidə olunan qiymət artımıdır. Belə ki, “Aİ-95” premium markalı benzin ölkəmizdə istehsal olunmadığı üçün xaricdən idxal edilir. Məhsulun idxal dəyərinin artması onun ölkəmizdəki satış qiymətlərinin də artmasına səbəb olub.

Ümumiyyətlə, “Aİ-95” markalı benzinin qiyməti qlobal bazarlardakı neft qiymətlərindən birbaşa olaraq asılıdır. Misal olaraq, qiymətlərdəki 2020-ci ilin martın 13-də qeydə alınan azalmanı göstərə bilərik. Həmin vaxt “Aİ-95” premium markalı benzin dünyadakı neft qiymətləri fonunda ölkəmizdə 1,5 manatdan 1,2 manata qədər (20 faiz) ucuzlaşmışdı.

Lakin hazırda dünya bazarında neft qiymətlərinin 50 dollar səviyyəsindən 100 dollardan daha artıq dəyərə qədər yüksəldiyini nəzərə aldıqda, “Aİ-95” premium markalı benzinin qiymətindəki artımın qaçılmaz olduğu anlaşılır.

Qeyd edək ki, dünya ölkələrində Aİ-95 markalı benzinin satış qiyməti ölkəmizlə nisbətdə olduqca yüksəkdir. Üstəlik, hətta Azərbaycandakı müvafiq qiymət artımından sonra belə əksər ölkələrlə müqayisədə Azərbaycanda “Aİ-95”in qiyməti olduqca məqbul hesab oluna bilər.

Məsələn, qonşu Gürcüstanda “Aİ-95” markalı benzinin qiyməti müvafiq olaraq 1,34 ABŞ dolları (2,27 manat) təşkil edir. Daha bir qonşumuz olan Türkiyədə isə sözügedən qiymət 1,46 dollara (2,48 manat) bərabərdir. Azərbaycanda “Aİ-95” Premium markalı benzinin yeni qiyməti Avropa ölkələrindəki qiymətdən də kifayət qədər aşağıdır. Məsələn, cənub-şərqi Avropa ölkəsi Rumıniyada bu rəqəm müvafiq olaraq 1,68 dollar (2,85 manat), qərbi Avropa ölkəsi olan İsveçrədə isə 2,36 dollara (4,01 manat) çatır.

“Aİ-95” premium markalı benzinin bahalaşmasının Azərbaycan əhalisinə təsiri isə minimum həddə olacaq. Belə ki, ölkəmizdə sözügedən markalı benzin yalnız lüks avtomobillər tərəfindən istifadə olunur. Azərbaycanda istehlak olunan benzin markaları arasında “Aİ-95” premium markalı benzinin payı cüzidir. Ölkəmizdə əsasən “Aİ-92” və dizel markalı yanacaqdan istifadə olunur.

Beləliklə, xüsusən vurğulamaq lazımdır ki, Azərbaycanda kütləvi şəkildə istifadə olunan Aİ-92 markalı benzinin qiymətində heç bir dəyişiklik edilməyib. Yaxın vaxtlarda da sözügedən markalı benzinin qiymətində hər hansı bir artımın olması gözlənilmir.


Digər xəbərlər


Pensiyaların ödəniləcəyi tarix açıqlanıb

Respublika üzrə pensiyaların avqustun 16-da tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Gulustan.info-ya Dövlə...

Milli Məclisin deputatlarının maaşı artırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Gu...

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,75 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. ...

Azərbaycanda qəpik pullar yenilənib

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 10, 20 və 50 qəpiklik metal pul nişanlarının dizaynına Dövlət Gerbi və istehs...

Sosial yardımlar bu tarixdə ödəniləcək

İyulun 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə...

Dövlət Xidmətindən sahibkarlara XƏBƏRDARLIQ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib. Gulustan.info xəbər verir ki, müraciətdə deyil...

İyul ayının pensiyaları tam ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödəniş...

Avro 20 il ərzində ilk dəfə dollara nisbətdə ucuzlaşıb

Avropanın vahid valyutası — avro nağd tədavülə buraxıldığı 2002-ci ildən bəri ilk dəfə ABŞ dollarından ucuz olub. Məluma...