Bakı 22 ℃

USD 1.7
RUB 0.0277
EUR 1.7426
TRY 0.0947
Qızıl 3050.718
Gümüş 35.0623

28.07.2022

Azərbaycan və İsrail birgə film çəkir

Azərbaycanda Oğuz rayonunun dağ yəhudiləri ilə bağlı “Oğuz yəhudiləri” adlı yeni sənədli filmin çəkilişlərinə başlanılıb.

Azərbaycan və İsrail kinematoqrafçılarının birgə işi olan filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, filmin İsrail tərəfdən prodüseri hazırda İsraildə yaşayan, əslən Azərbaycandan olan tanınmış diaspor fəalı və şair Şaul Siman-Tovdur.

Filmin çəkilişləri Azərbaycanda və İsraildə aparılacaq. Film Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixi haqqındadır.

Rüfət Əsədovun dağ yəhudilərindən bəhs edən budəfəki ekran əsərinin qəhrəmanı İsraildə yaşayan, əslən Oğuz rayonundan olan həmvətənimiz ravvin Şmuel Simantovdur. Filmdə Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixi, həyat tərzi Şmuel Simantovun dilndən nəql edilir.

Qeyd edək ki, ravvin Şmuel Simantov illərdir Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində yorulmadan çalışır.

Sözügedən film Rüfət Əsədovun dağ yəhudiləri ilə bağlı altıncı filmidir (“Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi”,”Peyğəmbər Yereminin göz yaşları”, “Əgər səni unutsam,Yerusəlim”,”Kənddə sonuncu yəhudi. 9 il sonra”).


Digər xəbərlər


Muğam Televiziya Müsabiqəsinin finalı və qala-konserti Şuşada keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keç...

II Milli Yaylaq Festivalı keçiriləcək

İyulun 29-31-də Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda ...

“Avroviziya-2023” Britaniyada keçiriləcək - RƏSMİ

Avroviziya mahnı müsabiqəsinin 2023-cü ildə Böyük Britaniyada keçirilməsi rəsmiləşib. Gulustan.info xəbər verir ki, bu barədə ...

Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət pay...

Makron Azərbaycanın əməkdar artistini “Fəxri Legion” ordeni ilə təltif edib

Fransa Prezidenti Emmanuel Makronun 13 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan əsilli tanınmış müsiqiçi Adilə Əliyeva ölkə...

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərənc...

Şuşada Vaqif Poeziya Günləri başlayıb

İyulun 14-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilat...

1930-cu illərdə Şuşada toxunan xalça Milli Xalça Muzeyinə hədiyyə olunub

İyulun 6-da, saat 17:00-da Azərbaycan Milli Xalça Muzeyində Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Prezident...