Bakı 22 ℃

USD 1.7
RUB 0.0277
EUR 1.7426
TRY 0.0947
Qızıl 3050.718
Gümüş 35.0623

30.07.2022

Baş Prokurorluq jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

Aparılan monitorinqlərlə müəyyən edilib ki, mediada informasiyanın dərc olunması zamanı bəzi hallarda “Media haqqında” qanunun 14.1.11-ci maddəsinin tələbləri, yəni faktların və hadisələrin qərəzsiz və obyektiv təqdim olunması, birtərəfliliyə yol verilməməsi haqqında tələblərə riayət olunmayıb.

Bu barədə Gulustan.info-ya Baş Prokurorluqdan məlumat verilib.

“İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün aidiyyəti şəxslər Baş prokurorluğa dəvət olunmaqla barələrində prokuror təsir tədbirləri görülüb.

Belə ki, Səxavət Məmmədov, Rövşən Məmmədov, Zülfüqar Ələsgərov, Elgün Rəhimov, Füzuli Qəhramanı, Zeynal Baxşiyev və Ruslan İzzətliyə “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bir daha bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”, — qurumdan bildirilib.


Digər xəbərlər


Səlim Müslümov dövlətə 27 milyon manat ziyan vurub - İTTİHAM AKTI

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Bu gün Bakı Ağır ...

Şahdağ Milli Parkında yanğın başlayıb

Şabranın ucqar Dağbilici kəndində yanğın başlayıb. Dağlıq ərazidə biçilmiş əkin sahələri yanır. Yanğının söndürülməsi üçün...

Verona Avrasiya İqtisadi Forumu Bakıda keçiriləcək

Bakıda 15-ci Verona Avrasiya İqtisadi Forumu keçiriləcək. Tədbir 27-28 oktyabrda baş tutacaq. “2022-ci ildə Böyük Avrasiyad...

Cüdoçumuz finalına yüksəlib

Azərbaycan cüdoçusu Balabəy Ağayev V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. O, Türkmənistanlı idmançıya qalib gəlib. ...

Ermənilər Laçında meşəyə od vurub (VİDEO)

Bir neçə gündür ki, sosial şəbəkələrdə ermənilərin Azərbaycan ərazilərində vandallığını sübut edən yeni foto və videolar yayılır....

ETSN isti hava ilə əlaqədar xəbərdarlıq edib

“Son günlər dünyada, eləcə də, ölkəmizdə temperaturun daha da yüksəlməsi, iqlim şəraitində quraqlığın müşahidə olunması təbiət ər...

“Artilleriya atəşinin ustaları” müsabiqəsi başlayıb

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Otar hərbi bazasında keçirilən “Artilleriya atə...

Baş Prokurorluq məlumat yayıb

Quba Rayon Prokuorurğu sağ şəxsin ölmüş elan edilməsi ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Gulustan.info-ya Baş Prokuro...