Bakı 21 ℃

USD 1.7
RUB 0.0284
EUR 1.6637
TRY 0.0917
Qızıl 2827.015
Gümüş 32.696

09.08.2022

Mehriban Əliyeva və Leyla Əliyeva Konyada Mövlanə muzeyini ziyarət ediblər (FOTO)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 9-da Türkiyənin Konya şəhərində Mövlanə muzeyini ziyarət ediblər.

Gulustan.info-nun məlumatına görə, Konya Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Əbdülsəttar Yarar Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva muzey barədə məlumat verdi.

Bildirildi ki, Türk və İslam dünyalarının ən böyük sufilərdən olan Mövlanə Cəlaləddin Ruminin Konyanın Karatay səmtində yerləşən muzeyi 1926-cı ildən Mövlanənin yaşadığı bina kompleksində fəaliyyət göstərir. Mədəniyyət ocağı həm də “Mövlanə türbəsi” kimi tanınır. Hündürlüyü 25 metr olan türbə dörd qalın – “fil ayaq” adlanan sütunlar üzərində tikilib. Türbənin əsas günbəzi firuzəyi rəngli olduğundan “Yaşıl qübbə” adlandırılır. İçəridən piramida formalı olub üç tərəfi açıq, cənub tərəfdən isə divarlarla örtülü olan türbənin üstü qızılı ulduzlar, zəminləri isə müxtəlif rənglərlə boyanıb. Qübbənin yuxarısında ağ xəttlə “Bismillah” və “Ayətül kürsü” həkk edilib.

Qeyd edildi ki, muzeydə Mövlanə ilə oğlu Sultan Veledə aid iki məzar var. Burada Osmanlı dövründə hədiyyə olunan nadir əsərlər nümayiş etdirilir. Ekspozisiyanın 4 qapısı – “Dərviş”, “Hamuşan”, “Çələbiyan” və “Pir” qapıları mövcuddur. Türbənin önündə Osmanlı dövrünün dövlət xadimlərindən olan Mahmud Paşa tərəfindən tikilən gümüş qəfəs var.

Diqqətə çatdırıldı ki, kompleksdə yer alan məsciddə Qaramanoğulları və Osmanlı dövrlərinə aid əlyazma, “Qurani-Kərim”in nüsxələri, Məsnəvilər və miniatür əl yazmaları ilə xalı səccadələr nümayiş etdirilir.

Vurğulandı ki, “Tilavət” adlanan otaq hazırda muzeyin xəttatlıq sənəti nümunələrinin nümayiş olunduğu bölmə kimi fəaliyyət göstərir. Ekspozisiyada Osmanlı dövrünün məşhur xəttatlarından sayılan Mahmud Cəlaləddin, Mustafa Raqim, Hülusi, İzzət, Yesarizad, Sultan II Mahmud kimi xəttatların lövhələri də var.

Daxil-i Üşşaq salonuna gümüş qapılardan daxil olurlar. Üstü üç qübbə ilə örtülmüş bu sahənin şimal tərəfində Xorasan Ərlərinə aid tabutlar və gümüş qəndillər var.

Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.


Digər xəbərlər


Çexiya vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb

Çexiya öz vətəndaşlarını Rusiya ərazisini tərk etməyə və bu ölkəyə səfərdən çəkinməyə çağırıb. Gulustan.info xəbər verir ki, b...

Rusiya Duması Ukraynanın 4 vilayətinin ilhaqı ilə bağlı sazişi təsdiqləyib

Rusiya Dövlət Dumasında Ukraynanın dörd regionunun Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı Rusiya prezidenti Vladimir Put...

Litva Rusiyanın müvəqqəti işlər vəkilini ölkədən çıxarır

Litva Rusiyanın müvəqqəti işlər vəkili Sergey Ryabokonu arzuolunmaz şəxs (persona non-qrata) elan edib. Bu barədə Litva Xarici...

İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib

İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Gulustan.in...

Polşa Almaniyaya nota verib

Polşa Xarici İşlər Nazirliyi Berlinə diplomatik nota göndərib. Notada İkinci Dünya müharibəsi zamanı dəymiş zərərin ödənilməsi...

ÜST-ün Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırması gözlənilir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırması gözlənilir. Gulustan.info ...

Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb

Rusiya səfiri Pavel Kuznetsov Finlandiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə məlumatı TASS yayıb. Rusiyanın...

Yüksək bal toplayan tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

2022/2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respubl...